İDMAN


Bakıda Formula-1 həyəcanı əyləncə proqramı ilə davam edib

Bakı, 24 iyun, Səxavət Quliyev, AZƏRTAC

İyunun 24-də Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən Formula-1 Şəhərciyinə toplaşıblar.

AZƏRTAC xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Nikol Şerzinger Bakıda səhnəyə çıxıb. Öz gözəl səsi və ifaları ilə Formula-1 Şəhərciyinə toplaşanlara maraqlı anlar yaşadan müğənni öz hit mahnılarını səsləndirərək Bakı tamaşaçısına unudulmaz anlar yaşadıb.

N.Şerzinger “Pussycat Dolls” qrupunun solisti olan zaman bu kollektivin "Grammy" musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo olmaqla, ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekorduna sahib olub.

Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, məşhur və ən yenilikçi qruplardan olan "The Black Eyed Peas" çıxıb.

Həyəcanverici və dinamik konsert proqramı ilə musiqili gecəyə yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.