İDMAN


Bakıda Formula-2 üzrə ikinci yarış başlayıb

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də saat 14:00-da Bakıda Formula-2 üzrə ikinci yarışa (8-ci mərhələ) start verilib.

AZƏRTAC xəbər verir ki, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula-2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Dünənki birinci yarışdan fərqli olaraq, bu dəfə pilotların mübarizəsi qrid düzülüşü üzrə təşkil edilib.

Yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Bakıda Formula-2 üzrə birinci yarışın - 7-ci mərhələnin qalibi “PREMA Racing” komandasının pilotu monakolu Şarl Lekler olub. Ş.Lekler 1 dəqiqə 54,025 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. “Rapax” komandasının pilotu Nik de Vris yarışı ikinci, “DAMS”-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.