MƏDƏNİYYƏT


Bakıda “Fransada bir gün” adlı sərgi açılıb

Bakı, 27 may, AZƏRTAC

Bakıda “Art Gallery”də “Fransada bir gün” (Un jour en France) adlı rəsm sərgisi açılıb. Sərgi “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a təşkilatın rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Sərgidə bir sıra azərbaycanlı rəssamın Fransa ilə bağlı əl işləri təqdim olunub. Bu dəfə gənc rəssamlar sözügedən ölkə haqqında öz hiss və duyğularını sənət əsərləri vasitəsi ilə nümayiş etdiriblər. Sərginin kuratoru gənc rəssam Xatəm Əlizadədir”, - deyə D. Məmmədov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.