İQTİSADİYYAT


Bakıda Fransadakı investisiya imkanları ilə bağlı təqdimat keçirilib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Fransada investisiya ayı” çərçivəsində ölkənin investisiya imkanlarının təqdimatı keçirilib.

Tədbir Fransanın “Business France” Dövlət Agentliyi ilə birgə təşkil edilib.

Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez bildirib ki, ölkəsi xarici investisiyanın həcminə görə Avropada birincidir. Fransada güclü kadrların və infrastrukturun olması investisiyaların inkişafına şərait yaradır. Fransa iqtisadiyyatı inkişaf etmiş və etməkdə olan ölkələrin investisiyalarını ölkəyə cəlb edir. Azərbaycan da bu sıradadır. Fransa Azərbaycan investisiyasının da cəlb olunmasında maraqlıdır. Bunun üçün gözəl şərait var. Həm şirkətlərarası, həm də hökumətlərarası münasibətlər yüksək səviyyədədir, qarşılıqlı səfərlər həyata keçirilir. 2016-cı ildə Fransanın 35 şirkətini təmsil edən nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu mübadilə hər iki ölkə üçün faydalıdır.

Səfir qeyd edib ki, Azərbaycanın böyük şirkətləri var. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində yaxından iştirak edirlər. Artıq bir neçə Azərbaycan şirkəti Fransaya investisiya qoyub. Xarici sərmayədarların Fransaya investisiya qoyması bizim üçün sərfəlidir. Bu, təkcə kapital axını deyil, həm də təcrübə axınını təmin edir. Fransada investisiya layihələri həyata keçirən Azərbaycan şirkəti həm də Avropa bazarından istifadə etmiş olur.

Sonra “Business France” Dövlət Agentliyinin nümayəndəsi Fransada investisiya üçün yaradılmış şərait barədə təqdimat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.