MƏDƏNİYYƏT


Bakıda “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgi açılıb

Bakı, 20 iyul, AZƏRTAC

Bakı Yunus Əmrə İnstitutunda Türkiyənin Azərbaycandakı Mədəniyyət və Təqdimat Müşavirliyinin birgə təşkilatçılığı ilə Sebahat Döğerin “Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgisi açılıb. Sərginin açılış mərasimində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, sərgidə Türkiyənin müxtəlif bölgələrində çəkilmiş 30-dək fotoşəkil yer alıb. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin tarixi və turizm məkanlarının tanıdılması baxımından əhəmiyyət daşıyan sərgi iyulun 23-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.