İQTİSADİYYAT


Bakıda “Gömrükçü həyatı” adlı fərdi fotosərgi təşkil olunacaq

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 27-də Bakıda Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət Gömrük Komitəsinin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə keçirilən fotosərgidə Aydın Mehdiyevin 120 şəkli nümayiş olunacaq. Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyəti ilə bağlı məqamları köçürüb. Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, eləcə də bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.

Fotolarda gömrük əməkdaşlarının fəaliyyətindən, onların quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumalarından, qaçaqmalçılığa qarşı mübarizə aparmalarından bəhs edilir.

Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, xarici ölkələrdə təşkil olunan fotosərgilərə də qatılıb.

“Gömrükçü həyatı” fotosərgisi dekabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.