MƏDƏNİYYƏT


Bakıda Gürcüstan foto günləri

Bakı, 22 may, AZƏRTAC

Mayın 26-dan 28-dək Bakıda “Nur Art House” qalereyasında Gürcüstan Fotoqrafları Assosiasiyasının iştirakı ilə (GFA ) “Gürcüstan foto günləri” keçiriləcək. Foto günləri Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi və “Nur Art House” qalereyasının dəstəyi ilə reallaşacaq.

AFB-dən AZƏRTAC-a bildirilib ki, tədbir 26 may - Gürcüstan Respublikası və 28 may - Azərbaycan Respublikasının Müstəqilliyi günlərinə həsr olunur.

Tədbir günlərində Azərbaycan sənətsevərləri Gürcüstan fotosənəti ilə yaxından tanış olacaqlar. Eyni zamanda, 2016-cı il Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) rəhbərliyi ilə Gürcüstanda keçirilən beynəlxalq fotosalonun qaliblərinin əsərləri nümayiş olunacaq.

Həmçinin mayın 27-də ustad dərsləri təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.