İQTİSADİYYAT


Bakıda “HUAWEI şirkətinin korporativ həlləri” mövzusunda seminar keçirilib

A+ A

Bakı, 18 noyabr, Elvira Məmmədova, AZƏRTAC

Noyabrın 18-də “HUAWEI Azərbaycan” “Eurodesign” şirkəti ilə birgə “HUAWEI şirkətinin korporativ həlləri” mövzusunda seminar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarda “HUAWEI Azərbaycan” şirkətinin baş icraçı direktoru Cao Zejun Çin şirkətinin ölkəmizdə gördüyü işlərdən, həyata keçirdiyi uğurlu layihələrdən danışıb.

“Eurodesign” şirkətinin direktoru Teymur Tağıyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, dünyanın aparıcı telekommunikasiya həlləri təchizatçılarından biri olan HUAWEI-nin texniki imkanları barədə məlumat verib.

Sonra “HUAWEI Azərbaycan” şirkətinin nümayəndəsi Səfər Səfərov, HUAWEI şirkətinin Türkiyə təmsilçiləri Barış Gənc və İbrahim Erturan, “Müəssisələrlə iş üzrə biznes qrupu”, “Korporativ şəbəkə həlləri”, “Biznes qrupun serviz xidmətləri” və digər mövzularda təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Seminarda bankların, şirkətlərin, kommersiya təşkilatlarının, o cümlədən dövlət qurumları və təhsil müəssisələrinin informasiya texnologiyaları üzrə menecerləri iştirak ediblər.

Sonra şirkətin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.