MƏDƏNİYYƏT


Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Sentyabrın 2-də Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgi sentyabrın 18-dək davam edəcək.

Hər il ənənəvi olaraq təşkil olunan sərgi bu dəfə “Amay” ticarət mərkəzində keçiriləcək.

Qonaqlar sərginin pavilyonunda yer alan Hindistan mədəniyyət nümunələri ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Burada, həmçinin, hind rəqsləri, hind yeməkləri də təqdim ediləcək. Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar və qazanlar, mebel, xalça, ədviyyat, çay və başqa məhsullar da sərgilənəcək.

Sərgidə müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar nümayiş olunacaq.

Bir sözlə, ziyarətçilər hind musiqisi və incəsənəti ilə yaxından tanış ola biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.