MƏDƏNİYYƏT


Bakıda “Human” adlı fotosərgi açılıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc fotoqraf-rəssam Babək Sübhaninin “Human” adlı fotosərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Media Company” şirkətinin “İmzamı tanı” layihəsi çərçivəsində reallaşan sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, sərgidə nümayiş olunan portretlərdə Azərbaycanın tanınmış teatr aktyorları və rejissorlarının fotoları öz əksini tapıb. Həmçinin, ekspozisiyada mim obrazlarının ifasında qadına qarşı şiddət, intihara qarşı insanların biganəliyi yer alıb. Sərgiyə təqdim olunan 85-dək foto portretin mükəmməlliyindən danışılıb.

Xalq Artisti Ramiz Novruz çıxış edərək nümayiş olunan əsərlərin müəllifin birillik zəhmətinin bəhrəsi olduğunu vurğulayıb.

Çıxışlarda sərginin təşkilində əməyi keçən hər kəsə minnətdarlıq ifadə edilib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi avqustun 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.