Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda INTOSAI-ın Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilir VİDEO

Bakı, 23 iyun, Nihad Budaqov, AZƏRTAC

İyunun 23-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-ın Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, toplantıda Rusiya, Belarus, Qırğızıstan, Çin, Latviya, Portuqaliya, Sloveniya və Zambiya Ali Audit Qurumlarının nümayəndələri iştirak edirlər.

Səkkiz ölkədən 14 nümayəndənin iştirak etdiyi toplantıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın Hesablama Palatasının INTOSAI-ın Dövlət Satınalmaları müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupun bugünkü toplantısının iştirakçı ölkələrin Ali Audit Qurumları kimi, Azərbaycan Respublikası Hesablama Palatası üçün də çox böyük əhəmiyyəti var. Xüsusi Qrupun əsas strateji məqsədi satınalma müqavilələrinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsində Ali Audit Qurumlara köməklik göstərmək, o cümlədən satınalma müqavilələrinin auditi ilə bağlı ümumi qəbul edilmiş yanaşma və prosedurların təkmilləşdirilməsi və bu sahə üzrə beynəlxalq təcrübənin və metodologiyanın öyrənilməsi, beynəlxalq standartların və qaydaların hazırlanmasıdır.

“Palatanın dövlət büdcəsinin xərcləri üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrinə əsasən müəyyən edilib ki, dövlət satınalmaların həyata keçirilməsində yol verilmiş nöqsanlar digərlərinə nisbətən xüsusi çəkiyə malikdir. Bu istiqamətdə buraxılmış nöqsanlara demək olar ki, audit keçirilmiş bütün qurumlarda rast gəlmək mümkündür”, - deyə V.Gülməmmədov qeyd edib.

O bildirib ki, satınalma prosedurlarına dövlət nəzarətinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə satınalma sahəsini tənzimləyən qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdəki boşluqların və ziddiyyətlərin aradan qaldırılması üçün Hesablama Palatası tərəfindən hökumətə və Milli Məclisə mütəmadi olaraq tövsiyələr təqdim edilir. Hazırda Azərbaycanda dövlət satınalmaları sahəsində qanunvericilik bazasının gücləndirilməsi prosesi gedir. Bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanında dəyişiklik olub. Yeni qurum tərəfindən bu sahədə intizamın gücləndirilməsi işlərinə başlanılıb.

“Hesab edirik ki, qanunvericilik bazasının gücləndirilməsi və məsuliyyətin artırılması ilə bağlı atılan addımlar satınalmaların səmərəliliyinin artmasına xidmət edəcək. Xüsusi Qrupun işləyib hazırlayacağı sənədlər beynəlxalq miqyasda auditorların fəaliyyətində dövlət ehtiyacları üçün malların, iş və xidmətlərin satınalınmasının planlaşdırılmasının əsaslılığı üzrə, eyni zamanda, dövlət satınalmalarının həyata keçirilməsinin reallığı və səmərəliliyinin qiymətləndirilməsi məsələləri üzrə auditin keçirilməsinə birgə yanaşmanı təmin edəcək. Ümid edirəm ki, toplantı iştirakçıları satınalma müqavilələrinin auditi üzrə universal terminologiyanın, dövlət satınalmalarının auditinin keçirilməsi üzrə milli xüsusiyyətlər nəzərə alınmaqla və əsas risk sferası müəyyən edilməklə əməli yol göstəricisinin hazırlanması və təsdiq olunmasına, eləcə də, daimi informasiya-kommunikasiya mübadiləsinin təşkilinə nail olacaqlar”, - deyə Hesablama Palatasının sədri əlavə edib.

Toplantıda Rusiya Hesablama Palatasının şöbə müdiri Natalya Boçarova Xüsusi Qrupun 2014-cü ildə bu ölkədə keçirilmiş II Toplantısından ötən dövrdə fəaliyyətinə dair hesabatının təqdimatını keçirib.

Yığıncaqda Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşı Nəzər Nəsibovun “Dövlət satınalmaları: Hesablama Palatasının rolu və əhəmiyyəti” mövzusunda təqdimatı, Portuqaliya və Zambiya Ali Audit Qurumlarının nümayəndələrinin Xüsusi Qrupun üzv ölkələrində satınalma müqavilələrinin auditi ilə əlaqədar pilot layihələrə dair hesabatları dinlənilib, pilot layihələrin nəticələri və dövlət satınalma müqavilələrinin auditi sahəsində beynəlxalq təşəbbüslər və qabaqcıl təcrübələrə dair monitorinqin nəticələri müzakirə edilib. Toplantının gedişində Xüsusi Qrupa üzv ölkələrdə dövlət satınalma müqavilələrinin auditinin keçirilməsinə dair mövcud təcrübə və metodologiya nəzərə alınmaqla tərtib olunan Təlimatın layihəsi müzakirə edilib. İştirakçılar qonaqpərvər ev sahibliyi və yaradılmış işgüzar şərait üçün Azərbaycan Respublikası Hesablama Palatasına minnətdarlıqlarını ifadə ediblər.

Toplantı öz işini iyunun 24-də davam etdirəcək.

Qeyd edək ki, INTOSAI-ın Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupu Rusiya Hesablama Palatası və ABŞ Cavabdehlik Ofisinin birgə təşəbbüsü ilə yaradılıb. Bu təşəbbüs INTOSAI-ın 2013-cü ildə Çində keçirilmiş XXI Konqresində və İdarə Heyətinin 64-cü toplantısında bütün üzv Ali Audit Qurumlar tərəfindən dəstəklənərək qəbul edilib. Xüsusi Qrupa Rusiya Hesablama Palatası sədrlik edir. Azərbaycan Respublikası Hesablama Palatası ilə birlikdə 12 ölkənin Ali Audit Qurumu İşçi Qrupunun üzvüdür.

INTOSAI-ın Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupunun ilk toplantısı 2014-cü il iyunun 25-də, ikinci toplantısı isə 2015-ci il iyunun 24-25-də Moskvada keçirilib. Xüsusi Qrupun Rusiyada keçirilmiş və Azərbaycan Respublikası Hesablama Palatası nümayəndələrinin də iştirak etdiyi sonuncu toplantısında növbəti - III toplantının Bakıda keçirilməsi qərara alınıb.

Xüsusi Qrupun 2014-cü ildə keçirilmiş ilk toplantısında onun 2014-2016-cı illər üzrə İşçi Planı qəbul edilib. Xüsusi Qrupun əsas strateji məqsədi satınalma müqavilələrinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsində Ali Audit Qurumlarına köməklik göstərmək, o cümlədən satınalma müqavilələrinin auditi ilə bağlı ümumi qəbul edilmiş yanaşma və prosedurların təkmilləşdirilməsi və bu sahə üzrə beynəlxalq təcrübənin və metodologiyanın öyrənilməsi, beynəlxalq standartların və qaydaların hazırlanmasıdır.

Satınalma prosedurlarına dövlət nəzarətinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə satınalma sahəsini tənzimləyən qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdəki boşluqların və ziddiyyətlərin aradan qaldırılması üçün son illər ərzində Hesablama Palatası tərəfindən hökumətə və Milli Məclisə mütəmadi olaraq tövsiyələr təqdim edilir. Bununla yanaşı, satınalmalar sahəsində fəaliyyətinin mühüm bir istiqaməti kimi beynəlxalq maliyyə-kredit institutları ilə əməkdaşlıq çərçivəsində Dünya Bankı ilə əldə edilmiş qarşılıqlı razılığa əsasən Hesablama Palatasının və Dünya Bankının əməkdaşları bankın ölkəmizdə həyata keçirdiyi kredit layihələrinin satınalmaları üzrə birgə nəzarət tədbiri həyata keçirib və Palatanın əməkdaşları üç istiqamət üzrə Dünya Bankının müvafiq sertifikatlarını alıblar.

 

Bakıda INTOSAI-ın Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib