Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransında aktual problemlər müzakirə edilmişdir [Yenilənib] VİDEO

Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Bakıda, Heydər Əliyev Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının rəsmi açılışı olmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş və Azərbaycanda dövlət uşaq siyasətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

“İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusuna həsr olunmuş tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.

Tədbir Qurandan ayələrin oxunması ilə başlandı.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirmişdir ki, İSESCO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq vardır. Azərbaycanda bu təşkilatın bir çox maraqlı layihələri həyata keçirilmişdir. Bu tədbir də həmin layihələrdən biridir.

Əli Əhmədov demişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi təşkilata əhəmiyyətli dinamizm gətirmiş, ölkəmizin bu qurum ilə əməkdaşlığının yüksək səviyyəyə çatmasına bilavasitə kömək göstərmişdir.

Baş nazirin mavini diqqətə çatdırmışdır ki, həm İslam mədəniyyətinin təbliğində, həm də İslam ölkələrindəki problemlərin müzakirəsində, bütövlükdə bu problemlərin həllinə istiqamət verəcək qərarların qəbulunda İSESCO-nun çox böyük rolu vardır. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycan ilə İSESCO arasında əlaqələrin daha da yüksəlməsinə xüsusi önəm verir. Təsadüfi deyildir ki, bu tədbir də Azərbaycan Prezidentinin dəstəyi ilə keçirilir.

Sonra Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur.

(Təbrikin mətni AZƏRTAC-ın saytının “Rəsmi xronika” bölməsində verilmişdir).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova demişdir ki, fəaliyyət göstərdiyi 24 ildə İSESCO çox böyük işlər görmüş, uğurlar əldə etmişdir. Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır. İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. Təşkilat əhalisinin tərkibində müsəlmanların sayı az olan ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır.

Hicran Hüseynova bildirmişdir ki, İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu gün Azərbaycanın da ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlardakı yüzlərlə mədəni, tarixi və dini abidələr işğalçılar tərəfindən vəhşicəsinə dağıdılmışdır. Bu vandalizm yalnız mədəni və tarixi abidələrə deyil, həmçinin insanlara, o cümlədən, qocalara, qadınlara və uşaqlara qarşı törədilmişdir. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun dəstəyini çox yüksək qiymətləndiririk.

Komitə sədri xatırlatmışdır ki, 2007-ci ildə Heydər Əliyev Fondu İSESCO ilə əməkdaşlıq haqqında sənəd imzalamışdır. Həmin sənədə əsasən elm, təhsil və mədəniyyət sahələrində müxtəlif tədbirlər və layihələr həyata keçirilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizin tərəqqisinə verdiyi töhfələr danılmazdır. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəbləri və uşaq evlərinin inkişafı”, “Görmə qabiliyyətini itirən və zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” və s. layihələr həyata keçirilmişdir və bu gün biz onların konkret nəticələrini görürük. Artıq ölkənin ən ucqar kəndlərində də müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmişdir.

Hicran Hüseynova diqqətə çatdırmışdır ki, “Azərbaycanda erkən nikahın vəziyyətinin təhlili”, “Küçə uşaqlarının vəziyyətinin təhlili”, “Azərbaycanda yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı vəziyyətin təhlili” mövzularında həyata keçirilən layihələr uşaqların kənd və şəhər yerlərində üzləşdikləri bir sıra problemlərin araşdırılmasında və bu istiqamətdə profilaktik tədbirlərin, maarifləndirmə işlərinin aparılmasında xüsusi rol oynayır.

Komitə sədri bildirmişdir ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan Hökumətinin prioritetlərindən biridir. Azərbaycan dövləti uşaq siyasətini həyata keçirərkən Uşaq Hüquqları haqqında Konvensiyada əks olunmuş prinsipləri əsas tutur. Dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə 80-dən çox qanun və 30-dan artıq dövlət proqramı qəbul edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Ailə Məcəlləsində nikah yaşı qızlar üçün 18-ə qaldırılmış, Cinayət Məcəlləsində isə qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir.

Hicran Hüseynova diqqətə çatdırmışdır ki, hazırda Azərbaycanda uşaq ölümü hallarının daha da azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası kimi məsələlər də diqqət mərkəzindədir. Məktəbəqədər yaşda olan uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyümələri və idmanla məşğul olmaları üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi də xüsusi önəm daşıyır.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdir.

Baş direktor qeyd etmişdir ki, bu konfrans urbanizasiya və uşaqlarla bağlı problemlərin həlli istiqamətində mühüm bir çağırışdır. O demişdir: “Biz urbanizasiya məsələsini daim diqqətdə saxlayırıq. İnsanların məskunlaşması, onların gəlirləri ilə bağlı problemlər birbaşa uşaqların həyat səviyyəsinə təsir göstərir. Əminəm ki, bu konfransda uşaqlarla bağlı problemlərin həlli üçün birgə yollar axtarıb tapacağıq. Bütün dövlətləri bu problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram”.

Əbdüləziz bin Osman əl-Tüveycri demişdir ki, Azərbaycanda uşaqlar demək olar ki, əziyyət çəkmirlər. Çünki Azərbaycan dövləti uşaqların hərtərəfli qayğısına qalır. Azərbaycanın üzləşdiyi əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür və bu fakt uşaqlara da mənfi təsir göstərir.

İSESCO-nun baş direktoru ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında dini, tarixi, mədəni abidələri darmadağın etmələrini də konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Baş direktor hazırda İSESCO-ya üzv ölkələrdə əhalinin 47 faizinin şəhər yerlərində yaşadığını, onların da yarısının uşaqlar olduğunu bildirərək demişdir ki, bu rəqəm inkişaf etməkdə olan ölkələr üçün vacib bir çağırışdır. Burada sosial məsələlər, təhsil, səhiyyə problemləri ortaya çıxır. Ona görə də bu məsələlərə diqqət yetirilməlidir. Xüsusi proqramlar, planlar hazırlanıb ortaya qoyulmalıdır ki, şəhərlə kəndlər arasında fərq aradan qaldırılsın və uşaqlar üçün yaxşı yaşayış şəraiti yaradılsın.

İSESCO-nun elm, təhsil, mədəniyyətlə bağlı həyata keçirdiyi müxtəlif proqramlar və layihələr haqqında danışan Əbdüləziz bin Osman əl-Tüveycri bu layihələrin və proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etmişdir.

Liviyanın gənclər və idman naziri, III konfransın prezidenti Əbdül Salam Abdullah Quaila çıxış edərək ölkəsində uşaqların problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Konfransa rəhbərliyin Azərbaycana keçdiyini deyən liviyalı nazir bəzi müsəlman ölkələrində hələ də uşaqların müharibədən, aclıqdan, səfalətdən əziyyət çəkdiklərini diqqətə çatdırmış, bu problemlərin həlli istiqamətində daha çox səy göstərilməsinin zəruriliyini vurğulamışdır.

Daha sonra İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun konfrans iştirakçılarına müraciəti oxunmuşdur.

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında səmərəli əməkdaşlığın sevindirici olduğunu deyən Ekmələddin İhsanoğlu bu cür vacib bir konfransın təşkilinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etmişdir. İƏT-in baş katibi, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkədə uşaqların problemlərinin həlli istiqamətində gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulamışdır. “Bu konfransın keçirilməsi bir daha göstərir ki, İSESCO İslam ölkələrində uşaq problemlərinin həllinə önəm verir”, - deyən E.İhsanoğlu uşaqların səhiyyə, təhsillə bağlı problemlərinin narahatlıq doğurduğunu diqqətə çatdırmışdır. İƏT-in baş katibi demişdir ki, uşaqların kütləvi şəkildə kəndlərdən şəhərlərə axını bir çox hallarda onların valideyn himayəsindən kənar əlverişsiz şəraitdə böyüməsinə gətirib çıxarır. Bu da təbii ki, uşaqların gələcək fəaliyyətlərinə mənfi təsir göstərir. Bu konfrans problemlərin həlli istiqamətində konkret proqramların müəyyənləşdirilməsi baxımından önəmlidir.

Baş katib diqqətə çatdırmışdır İƏT uşaqların hüquqlarının qorunması, onlarla bağlı problemlərin həlli üçün proqramlar işləyib hazırlayır. Lakin bunun üçün təklikdə fəaliyyət göstərmək səmərəli nəticə verə bilməz. Bu istiqamətdə uğurlara nail olmaq üçün təşkilatların və dövlətlərin birgə fəaliyyəti əsas şərtdir.

Konfransda Azərbaycanda uşaq hüquqlarının qorunmasından, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunmuşdur.

Azərbaycanlı uşaqlar konfrans iştirakçılarına müxtəlif dillərdə uğurlar arzulamış, rəqslər ifa etmişlər.

Sonra xatirə şəkli çəkdirilmişdir.

Konfrans işini sessiyalarla davam etdirmişdir.

Birinci sessiyada konfransın gündəliyi və proqramı qəbul olunmuşdur.

İclasda İSESCO-nun beynəlxalq eksperti Sadiq Rəşid “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusunda əsas sənədi təqdim etmişdir.

Mövzu il bağlı çıxış edən UNICEF-in Nyu-Yorkdakı ofisinin nümayəndəsi Kristian Salazar və digər beynəlxalq ekspertlər İslam ölkələrində uşaqların müdafiəsi sahəsində həyata keçirilən proqram və layihələrdən, şəhərlərdə urbanizasiyanın yaratdığı problemlərdən, uşaqların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs etmişlər.

Bildirilmişdir ki, dünya üzrə aparılmış araşdırmalara görə, inkişaf etmiş şəhərlərdə urbanizasiyanın artması nəticəsində uşaqlar bir sıra problemlərlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir ölkənin qarşısında duran ən aktual və mühüm vəzifələrdən biridir.

Müzakirələrdən sonra sənəd yekdilliklə qəbul edilmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransa iki il müddətinə Azərbaycanın sədrlik edəcəyini bildirmiş, bu münasibətlə təbriklərini çatdırmış, ölkəmizə uğurlar arzulamışdır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sədrliyi ilə konfransın ikinci işçi sessiyası keçirilmişdir.

Sessiyada geniş məruzə ilə çıxış edən H.Hüseynova bildirmişdir ki, müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər.

AQUPDK-nın sədri demişdir: “İSESCO-ya üzv dövlətlərin IV konfransında aparılan müzakirələr göstərir ki, dünyada insanları birləşdirən amillər onları ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı. Belə bir vəzifəni yerinə yetirməklə biz həm də dünyanın gələcəyinə və inkişafına öz töhfələrimizi veririk”.

H.Hüseynova vurğulamışdır ki, ölkələrdə baş verən urbanizasiya proseslərinin artım tempindən asılı olmayaraq, bütün hallarda uşaqlar üçün normal inkişaf mühiti yaradılması əsasdır. Buraya sağlam boyartımı, düzgün qidalanma, istirahət, normal ev şəraiti, təbii amillər, pis vərdişlərdən qorunma, uşaq hüquqlarının müdafiəsi, yeni internet resursları ilə düzgün davranış, inkişaf üçün etibarlı ailə və dövlət təminatı və sair məsələlər daxildir. Şübhəsiz ki, bütün bu məsələlərin uğurlu həlli üçün dünya dövlətləri, qeyri-hökumət təşkilatları, nüfuzlu insanlar öz səylərini birləşdirməlidirlər. Konfransın uğurlu gedişi və burada aparılan səmərəli, məhsuldar müzakirələr düşünməyə əsas verir ki, bu ideya tezliklə reallığa çevriləcəkdir.

Daha sonra uşaq məsələləri üzrə 25-dək ekspert çıxış edərək urbanizasiyanın artması nəticəsində ölkələrində yaranmış problemlərdən, uşaqların bir çox sahələrdə, xüsusilə, təhsillə bağlı üzləşdikləri çətinliklərdən söz açmışlar.

Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami, Birləşmiş Ərəb Əmirliklərinin sosial məsələlər üzrə naziri Məryəm Məhəmməd Xalfan əl-Rumi, Əfqanıstanın əmək, sosial məsələlər naziri Əminə Əfzali, Bəhreynin sosial inkişaf naziri Fatimə əl- Baloşi, Fələstinin sosial məsələlər naziri Kamal əl-Şərəfi, Omanın sosial inkişaf naziri Şeyx Məhəmməd bin Said əl-Kalbani, Pakistanın  ali təhsildə təcrübə və standartlar naziri Məhəmməd Baliq ur-Rəhman, İraqın təhsil naziri Məhəmməd Tamim, Banqladeşin qadın və uşaqların işi üzrə naziri Meher Afrozi, Səudiyyə Ərəbistanı Krallığının Uşaq Milli Komitəsinin baş katibi Bander Kumut, Əlcəzairin milli həmrəylik və ailə məsələləri naziri Səid Barkat,  Qətərin Ailə Məsələləri üzrə Ali Şurasının baş katibi Hamad bin Məhəmməd Alfat əl-Həcri, Cibutinin səhiyyə, qadın və ailə planlaşdırması naziri Hasna Barkat Daud, Tunisin qadın və ailə məsələləri üzrə naziri Badi Sihem, Qazaxıstanın Təhsil və Elm Nazirliyinin şöbə müdiri Bakut Alibayeva, Kot d-İvuarın Həmrəylik, Ailə, Qadın və Uşaq Nazirliyinin şöbə müdiri Fofana Brahima, Liviyanın sosial məsələlər üzrə naziri Kamla Mazini və başqaları çıxış edərək ölkələrində uşaq hüquqlarının müdafiəsi və urbanizasiya məsələləri ilə bağlı görülən işlərdən danışmışlar. Çıxışlarda uşaqların məcburi əməyə cəlb edilməsi, zorakılıq hallarına məruz qalmaları kimi məsələlərə toxunulmuş, bu problemlərin həlli istiqamətində görülən tədbirlər qeyd edilmişdir. Natiqlər konfransın bu problemlərin aradan qaldırılması işinə töhfə verəcəyinə əminliklərini bildirmişlər.

Növbəti V konfransın 2015-ci il noyabrın 11-12-də Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi qərara alınmışdır.

İSESCO ilə 2013-cü il mayın 29-da imzalanmış qarşılıqlı razılaşma sənədinə əsasən təşkil edilən beynəlxalq konfrans noyabrın 12-də başa çatacaqdır.

Bakıda İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransında aktual problemlər müzakirə edilmişdir [Yenilənib] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO