MƏDƏNİYYƏT
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində müxtəlif sərgilər təşkil ediləcək
Bakı, 1 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 16-dan 18-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında) IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası tərəfindən də əhalinin asudə vaxtını səmərəli keçirməsi, cəmiyyətdə mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması məqsədilə IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində müxtəlif sərgilər təşkil ediləcək.