ELM VƏ TEXNOLOGİYA


Bakıda IX Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Oktyabrın 4-5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə neft kimyası üzrə IX Bakı Beynəlxalq Yusif Məmmədəliyev konfransı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi nailiyətlərin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Tədbirdə, həmçinin ali və ümumtəhsil müəssisələrində kimyanın tədrisi problemləri də müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.