Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda keçirilən beynəlxalq konfrans “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusuna həsr olunub VİDEO

Bakı, 24 oktyabr, E.Mövsümov, V.Əliyev, AZƏRTAC

Oktyabrın 24-də Bakıda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri və hakimləri, Avropa Şurasına üzv dövlətlərin və digər ölkələrin Konstitusiya məhkəmələrinin, Ali və Ali İnzibati və digər məhkəmələrinin 60-dan çox sədri və hakimi, Avropa Şurası Nazirlər Komitəsi Katibliyinin vəzifəli şəxsləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, həmçinin ölkəmizin apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, prokurorlar, ədliyyə işçiləri, vəkillər və hüquq sahəsində çalışan alimlər iştirak ediblər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev konfransı açaraq ölkəmizin məqsədinin hüququn aliliyini, insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən demokratik hüquqi dövlətin qurulması olmasından, bu sahədə Avropa dövlətlərinin zəngin təcrübəsindən istifadə edilməsindən, o cümlədən ölkənin məhkəmələri tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının birbaşa tətbiqindən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına müraciət edilməsindən danışdı.

Ramiz Rzayev bildirdi ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası Azərbaycanın beynəlxalq müqavilələri sistemində xüsusi yer tutur. Konstitusiyaya görə, bu müqavilələr ölkəmizin hüquq sisteminin tərkib hissəsidir.

Avropa Məhkəməsinin presedent hüququnun ölkənin hüquq və məhkəmə sisteminə uğurla inteqrasiyasından danışan Ali Məhkəmənin sədri qeyd etdi ki, son 10 ilə yaxın müddətdə Azərbaycanda hakimlərin yeni şəffaf seçki sistemi fəaliyyət göstərir. Bu müddətdə Avropa Konvensiyasını mənimsəyib, Avropa Məhkəməsinin presedent qərarlarını dərindən öyrənib, onları şərh etmək qabiliyyətinə malik hakimliyə namizədlərin hazırlanmasına və hakim vəzifələrinə seçilməsinə nail olunub.

Ali Məhkəmənin insan hüquqları və azadlıqlarının müdafiəsinin təmin edilməsində rolundan danışan R.Rzayev bildirdi ki, bu məhkəmənin təcrübəsi Avropa Konvensiyasını birbaşa tətbiq edən məhkəmələr üçün örnəkdir. Ali Məhkəmə ədalət mühakiməsini Avropa Konvensiyasına uyğun və öz diskresiyasına əsaslanaraq həyata keçirir, Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarlarından sonra milli məhkəmələrin qərarlarına yenidən baxır və bu zaman yol verilmiş səhvlərin təkrar edilməsinin qarşısını almağa, bunun üçün hakimlərin Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmalarına, onları xüsusi dəqiqliklə öyrənmələrinə çalışır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman milli hakimlərlə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri arasında sıx əməkdaşlığın olduğunu vurğuladı və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirdi. Qeyd edildi ki, yeni qəbul olunmuş 16 saylı Protokol da bu məqsədə xidmət edir.

Dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dedi:

- Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının 2014-cü il iyun sessiyasındakı çıxışında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin prioritetlərini müəyyən edib. Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyinin gücləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir.

Bugünkü konfransın Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olduğunu vurğulayan Fuad Ələsgərov diqqətə çatdırdı ki, bu, dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir. Biz Avropa Məhkəməsinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyirik. Konvensiya müddəalarının yerinə yetirilməsi üçün Azərbaycan dövləti tərəfindən müxtəlif istiqamətlərdə səmərəli fəaliyyət göstərilir. Buna qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının əməkdaşları və hakimlər üçün mütəmadi təlimlər, məhkəmə sistemi infrastrukturunun müasirləşdirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, müxtəlif sosialyönümlü innovasiyaların tətbiqi və sair tədbirlər daxildir.

Prezident Administrasiyasının şöbə müdiri daha sonra bildirdi: Şübhəsiz ki, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində başlıca rol mülki, inzibati və ya cinayət işlərinə müstəqil, obyektiv, qərəzsiz qiymət vermək imkanına malik olan məhkəmələrə mənsubdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi üçün məqsədyönlü iş aparılır. Bizim nailiyyətlərimiz sırasında müasir tələblərə cavab verən məhkəmə infrastrukturunun qurulması, yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələrin bölgələrdə təsis edilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının yaradılması və sair vardır.

Azərbaycanda hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurların Avropa Şurasının CEPEJ komitəsi tərəfindən ən yaxşı təcrübələrdən biri kimi qəbul edildiyini söyləyən Fuad Ələsgərov dedi ki, bu prosedurlar nəticəsində gənc, müasir düşüncəli, Məhkəmənin presedent hüququna dair biliklərə malik olan şəxslər hakim vəzifəsinə təyin edilib. Onlar hakim korpusunun 60 faizindən artıq hissəsini təşkil edir.

Konvensiyanın tətbiqi sahəsində Azərbaycan Ali Məhkəməsinin də xüsusi rol oynadığını vurğulayan Fuad Ələsgərov bildirdi ki, bu məhkəmənin qərarlarının böyük əksəriyyəti Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla, Konvensiyanın tələblərinə riayət edilməklə qəbul olunur.

Çıxışının sonunda Azərbaycan dövlətinin Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını və onların ölkədə tətbiq edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirdiyini bildirən Fuad Ələsgərov dedi: Əminəm ki, bugünkü konfrans Avropa məkanında Konvensiyanın tətbiqi, Məhkəmənin presedent hüququnun geniş surətdə implementasiyası sahəsində əlavə tədbirlərin müəyyən edilməsində vacib rol oynayacaq.

Sonra konfrans işini “Qabaqlama tədbirləri” mövzusunda birinci sessiya ilə davam etdirdi.

Sessiyanın moderatoru, Avropa Şurasının İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin sədri Vit Aleksandr Şorm müzakirə olunacaq məsələlər barədə məlumat verdi, belə bir mühüm tədbirin təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırdı.

Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Ali Alkan “Milli qanunvericilikdə Konvensiyanın statusu” mövzusunda məruzəsində bildirdi ki, Türkiyə “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasını 1950-ci ildə imzalayıb. Sənəd 1954-cü ildə hüquqi qüvvəyə minib. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2014-cü il inkişaf hesabatında Türkiyənin məhkəmə sahəsində mühüm irəliləyişlər qazanmasının əks olunduğunu diqqətə çatdırdı.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Vəfaddin İbayev “Avropa Şurasına üzv dövlətlərin Ali məhkəmələrinin oynadığı rol” mövzusunda məruzəsində insana hörmət ənənəsinin Azərbaycan xalqının qədim dəyərlərindən biri olduğunu vurğuladı. Bu baxımdan Konvensiyanın Azərbaycanda tətbiqi tarixi köklərə söykənir. Şərqdə ilk demokratik dövlətin Azərbaycanda qurulduğunu diqqətə çatdıran V.İbayev xalqımızın hər zaman demokratik ideyaların daşıyıcısı olduğunu söylədi. O, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizin demokratik, hüquqi dövlət quruculuğu yolu tutduğunu qeyd etdi. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının hüquq sisteminin əsasını təşkil etdiyini söyləyən V.İbayev bildirdi ki, ali məhkəmələr milli məhkəmələrlə Avropa Məhkəməsi arasında körpü rolunu oynayır. O, Konvensiyanın presedentlərinin tətbiqində Azərbaycanın özünəməxsus təcrübəsi olduğunu vurğuladı.

Avropa Şurasının hüquqşünaslar üçün insan hüquqları sahəsində Təhsil Proqramının məşvərətçi kollegiyasının üzvü, hakim Qrzeqorz Borkovski “Peşəkar hüquqşünasların öyrədilməsinin əhəmiyyəti: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair qabaqlayıcı təcrübələr” mövzusunda çıxışında məhkəmə prosesinin ədalətli keçməsində təlimlərin əhəmiyyətini vurğulayaraq HELP Proqramından danışdı.

Sonra HELP proqramının təqdimatı oldu. Məlumat verildi ki, HELP Proqramı Avropa Şurasının üzvü olan 47 ölkədə məhkəmə-hüquq sahəsində çalışan peşəkar əməkdaşlar üçün ixtisasartırma vasitəsidir. HELP milli bacarıqlardan istifadə etməklə milli tədris institutları vasitəsilə ümumi tədris proqramı həyata keçirir. Proqram çərçivəsində təhsil, ailə hüququ, məhkəmə-hüquq, beynəlxalq əməkdaşlıq, presedent hüquqla bağlı bir sıra kurslar təşkil edilir. Kursların sonunda iştirakçılar müəyyən meyarlar üzrə qiymətləndirilir və onlara sertifikatlar təqdim olunur.

Məruzələrdən sonra birinci sessiyada dinlənilən mövzular ətrafında müzakirələr aparıldı.

Daha sonra “Məhkəmə qərarlarının icrası” mövzusunda ikinci sessiya keçirildi.

Sessiyaya moderatorluq edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası departamentinin direktor müavini Fredrik Sundberq aşağı instansiya məhkəmələrin fəaliyyətinin istiqamətləndirilməsində Ali məhkəmələrin rolu və vəzifələrindən danışdı.

Rusiya Ali Məhkəməsi sədrinin müavini Pyotr Serkov “Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması; təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası” mövzusunda məruzə ilə çıxış edərək, yüksək səviyyəli konfransın təşkilinə görə Azərbaycana təşəkkürünü bildirdi. Subyektiv hüquqların səmərəli müdafiəsinin hər bir dövlətin əsas vəzifələrindən olduğunu qeyd edən P.Serkov Rusiyada bu baxımdan kompleks yanaşmadan, ümumi qəbul edilmiş beynəlxalq saziş və normalardan irəli gələn hüquqdan istifadə olunduğunu vurğuladı.

Fransa Dövlət Şurasının kollegiya sədri İv Robino “Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzərə almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları; məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olan uyğunlaşmanın məhdudiyyətləri” mövzusunda məruzə ilə çıxış edərək ölkəsinin təcrübəsindən gətirdiyi konkret misallarla çıxarılan hökmlərin və qərarların məhkəmələrdə standartların müəyyən edilməsinin əsas göstəricisi olduğunu bildirdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndə Çingiz Əsgərov “Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər” mövzusunda məruzə ilə çıxışında Konvensiyanın 46-cı maddəsinə əsasən dövlətlərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası üzrə öhdəlik daşıdığını bildirdi. O, bu öhdəlikləri yerinə yetirmək üçün bir neçə istiqamətin - pozulmuş öhdəliyi yerinə yetirmək, artıq baş vermiş və baş verməkdə olan pozuntunu dayandırmaq, baş vermiş pozuntunun nəticələrini aradan qaldırmaq və gələcəkdə oxşar pozuntuların qarşısını almaq və s. tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı. Bildirildi ki, bu tədbirlər insan hüquqlarının müdafiəsi üçün xüsusi əhəmiyyət daşıyır.

Fərdi xarakterli tədbirlərdən danışan Ç.Əsgərov dedi ki, bu baxımdan Avropa Məhkəməsinin qərarlarında üç aspekt - davam edən pozuntuya son qoymaq, pozulmuş hüququ tam bərpa etmək vəzifəsini qoymaq və ədalətli kompensasiya məbləğini ödəmək müəyyən edilib. Qeyd olundu ki, ümumi xarakterli tədbirlərdən ən başlıcası qanunvericiliyin, məhkəmə təcrübəsinin uyğunlaşdırılması və təkmilləşdirilməsidir. Sektor müdiri ümumi tədbirlər arasında müvafiq dövlət orqanlarının əməkdaşları, ilk növbədə, hakimlər üçün treninqlərin, seminarların və belə konfransların keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı.

Azərbaycanda yeni məhkəmə infrastrukturunun yaradıldığını, Məhkəmə-Hüquq Şurasının fəaliyyətə başladığını və fəaliyyətinin Avropa standartları səviyyəsində qurulduğunu, hakimlərin şəffaf seçim qaydasının təsbit olunduğunu diqqətə çatdıran Ç.Əsgərov tutulmuş və ya həbs edilmiş şəxslərin tənbeh xarakterli tədbirlərə məruz qaldıqda prosessual hüquqlarının müəyyən edilməsini Azərbaycan qanunvericiliyində yenilik kimi qiymətləndirdi.

Azərbaycan Respublikasının Ali Məhkəməsi və Baş Prokurorluğu tərəfindən kifayət qədər mühüm sənədlərin qəbul edildiyini deyən Ç.Əsgərov məhkəmə müstəqilliyinin təmin olunmasında məhkəmələrin və hakimlərin siyasətdən kənarlaşdırılması prinsipinin əhəmiyyətini xüsusi vurğuladı. Qeyd edildi ki, Azərbaycanda hakimlərin siyasətdən kənarlaşdırılması prinsipi Konstitusiyada və müvafiq qanunvericilikdə əks olunub.

Azərbaycan Respublikasında qanunvericiliklə bağlı, həmçinin Cinayət-Prosessual Məcəlləsində kifayət qədər dəyişikliklərin edildiyini bildirən natiq bunların Avropa Məhkəməsi qərarlarının nəzərə alınaraq həyata keçirildiyini söylədi. Qeyd edildi ki, bu barədə Avropa Şurası Nazirlər Komitəsinə vaxtaşırı məlumat verilir.

Konfrans işini oktyabrın 25-də başa çatdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb