Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb VİDEO

Bakı, 24 sentyabr (AZƏRTAC, Aidə Quluzadə). Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-yə yaxın nümayəndə iştirak edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov konfransın açılışında çıxış edərək əsas məqsədin Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və perspektivlərin müəyyənləşdirilməsi olduğunu deyib.

İnam Kərimov son on ildə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən səmərəli dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən islahatlardan, əldə edilən uğurlardan danışıb. O deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün “ASAN xidmət” yaradılıb və bu, ən uğurlu modellərdən biridir. “ASAN xidmət” vasitəsilə müxtəlif dövlət orqanları mərkəzləşmiş formada vətəndaşlara keyfiyyətli xidmət göstərir. Gün ərzində iki mindən çox vətəndaş “ASAN xidmət” mərkəzlərinə müraciət edir. Ötən 20 ay ərzində 3 milyon insan bu xidmətlərdən faydalanıb və istifadəçilərin 98 faizi məmnun qalıb. Ümumiyyətlə, bu sistem Azərbaycan cəmiyyətində dövlət qurumları tərəfindən vətəndaşlara xidmət sahəsində yeni mühit yaradıb. Şəffaflıq, korrupsiyaya qarşı mübarizə, vətəndaşlara səmərəli xidmət göstərilməsi insanlar tərəfindən müsbət qarşılanır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in təşkilində ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Avropa Şurasının demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, bu konfrans dövlət xidmətlərində əldə edilmiş təcrübəni bölüşmək baxımından yaxşı imkan yaradır. Burada nüfuzlu ekspertlər iştirak edirlər, müzakirə olunan mövzu da çox aktualdır.

A.Zardi qeyd edib ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ölkənin çox önəmli tədbirlərin iştirakçısı olmasına və müxtəlif sahələrdə əldə etdiyi təcrübələri digər dövlətlərlə bölüşməsinə şərait yaradır.

Bildirilib ki, dövlət xidmətlərinin mərkəzləşmiş formada göstərilməsi çox səmərəli bir təcrübədir və Avropa ölkələri də bu təcrübədən yararlanmalıdır. Çünki mərkəzləşmiş qaydada göstərilən dövlət xidmətləri şəffaflığın, keyfiyyətin səviyyəsinin artırılmasına xidmət edir.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Vüsal İsayev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizə aparılması, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən islahatlar haqqında danışıb. O bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti “ASAN xidmət”in imkanlarından istifadə edir və bu model cəmiyyətdə çox böyük razılıqla qarşılanır. Buna görə də “ASAN xidmət” mərkəzlərinin sayı getdikcə artırılır. “ASAN xidmət” hər zaman öz fəaliyyətində innovativliyə, səmərəliliyə üstünlük verir.

ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən qeyd edib ki, Azərbaycan istər dövlət, istərsə də özəl sektorda çox böyük islahatlar həyata keçirir və yeni təcrübələr qazanır. Bu konfrans dövlət xidmətlərinin göstərilməsi ilə bağlı əldə olunmuş təcrübəni bölüşmək, vətəndaşlara xidmət sahəsində şəffaflığın, onlarda məmnuniyyətin təmin edilməsi yollarını müzakirə etmək üçün yaxşı şərait yaradır.

Konfrans işini “Dövlət xidmətlərinin göstərilməsi üzrə müasir modellər: İnsan hüquqlarına daha yaxşı necə xidmət etmək olar?”, “Dövlət xidmətlərinin göstərilməsinin prinsipləri: Əlçatanlıq, şəffaflıq... daha nələr?” mövzusunda panel iclasları ilə davam edib.

Konfrans AZƏRTAC-ın saytı ilə canlı yayımlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə 3 milyard dollardan çox pul köçürülüb

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev – 2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib