MƏDƏNİYYƏT


Bakıda “İşğaldakı sərvətimiz” mövzusunda sərgi açılıb

Bakı, 2 dekabr, Flora Şükürova, AZƏRTAC

Dekabrın 2-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İşğaldakı sərvətimiz” mövzusunda rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 30 gənc rəssamın 34-dək əl işi və tətbiqi sənət nümunəsi olan xalçalarımız nümayiş etdirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Zöhrab Cəfərov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, belə sərgilərin keçirilməsinin gənclərin mənəvi tərbiyəsində xüsusi əhəmiyyəti var. Sərginin tükənməz Vətən, torpaq, Qarabağ sevgisi aşıladığını deyən Z.Cəfərov bu işdə əməyi olanlara minnətdarlığını bildirib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Diqqətə çatdırılıb ki, sərgiyə təqdim olunan əsərlərin əksəriyyətində Qarabağda düşmən tapdağında olan abidələrimiz, təbii sərvətlərimiz yer alır. Həmçinin sərgidə gənc rəssamların qələbə mövzulu rəsmlərini də görmək mümkündür. Vurğulanıb ki, layihənin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində sənətşünaslıq ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Fidan Böyükbabalıdır. Natiqlər sərgidə əsərləri nümayiş olunan fırça ustalarının təqdim etdikləri portretlərin mövzu və məzmun baxımından mükəmməlliyindən söz açıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi dekabrın 4-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.