İDMAN
Bakıda İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də “Bulvar” otelində İslam Həmrəylik İdman Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Federasiyanın baş katibi Faysal Abdulaziz Al Nassar və İcraiyyə Komitəsinin üzvləri, həmçinin Milli Olimpiya Komitəsinin və ISSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər nümayəndələr iştirak ediblər.
İclasda Əlaqələndirmə Komissiyasının növbəti iclasının tarixi və görüləcək işlər müzakirə olunub. Həmçinin Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında yarışların tarixləri, idman növləri ətrafında fikir mübadiləsi aparılıb.
Noyabrın 4-də Bakıda ISSF-in IX Baş Assambleyasının iclası keçiriləcək.