İDMAN
Bakıda İtaliyanın brend idman məhsullarının təqdimatı olub VİDEO
Baki, 15 iyun, Elşad Qəzvini, AZƏRTAC
İyunun 15-də Bakıda birinci Avropa Oyunları çərçivəsində İtaliyanın brend idman məhsullarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl keçirilən mətbuat konfransında İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini və xalqını təbrik edib. Diplomat bildirib ki, İtaliya idman məhsullarının Azərbaycanda təqdimatı məhz ilk Avropa Oyunları ilə bağlıdır. Bu, həmçinin İtaliya-Azərbaycan əlaqələrinin inkişafının göstəricilərindən biridir.
İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo çıxış edərək deyib ki, təqdimatda İtaliyanın 24 şirkətinin 800 növ məhsulu nümayış etdiriləcək. O, Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, Bakını dünyanın ən gözəl şəhərlərindən biri adlandırıb.
Sonra İtaliyanın brend idman məhsulları nümayiş olunub.