CƏMİYYƏT


Bakıda “Kanadada təhsil” adlı sərgi açılacaq

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Sentyabrın 17-də Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Kanadada təhsil” adlı sərgi açılacaq.

AZƏRTAC tədbirin “facebook” səhifəsinə istinadla xəbər verir ki, sərgi “Hilton Baku” hotelində baş tutacaq.

Sərgidə iştirakçılar, Kanadanın ən nüfuzlu universitetlərinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər.

Sərgi çərçivəsində təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və digər məsələlərlə bağlı verilən sualları cavablandıracaqlar.

Həmçinin, sərgidə Kanadanın təcrübə proqramları haqqında məlumatlarla yanaşı, ən yaxşı məktəblər, kolleclər, universitetlər, dil mərkəzləri və tətil proqramları haqqında da məlumatların verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sərgidə hər kəs iştirak edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.