MƏDƏNİYYƏT


Bakıda Keloğlan Masalları Müziklinin yeni interaktiv müzikl-tamaşası təqdim olunacaq

Bakı, 10 iyun, AZƏRTAC

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə Keloğlan Masalları Müzikli-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müziklinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası oktyabrın 22-də uşaqların ixtiyarına veriləcək.

Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.