İQTİSADİYYAT


Bakıda Korporativ İdarəetmə üzrə təlim-seminar keçiriləcək

Bakı, 3 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİKTM) dünyanın aparıcı audit şirkətlərindən olan KPMG ilə birgə Korporativ İdarəetmə üzrə təlim-seminarı keçirəcək.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda korporativ idarəetmənin inkişafı, aktuallığı, standartları və əsas prinsipləri üzrə beynəlxalq təcrübəyə baxılacaq və yaxından öyrəniləcək. Effektiv korporativ idarəetmənin əsas elementləri, yəni yetkinlik səviyyəsi, müşahidə (direktorlar) şurası və idarə heyətinin səlahiyyətləri ətraflı təhlil olunacaq, korporativ idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilməsi barədə müzakirələr aparılacaq. Bununla yanaşı, daxili audit, daxili nəzarət, risklərin idarə olunması sistemləri, və dayanıqlı inkişafın təmin olunması barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, seminarı KPMG-nin Moskva ofisinin ekspertləri İqor Koroteçki, Yelena Xobotova, və İvan Barsola idarə edəcək.

Təlimdə tanınmış özəl şirkətlərin və dövlət müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak edəcək. Yekunda iştirakçılara İİTKM və KPMG–nin birgə sertifikatları təqdim olunacaq. Təlim ödənişsizdir.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.