SİYASƏT


Bakıda Latviyanın milli bayramı qeyd edilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC 

Latviyanın Azərbaycandaki səfirliyi ölkəsinin milli bayramı – Müstəqilliyinin 98-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Yuris Maklakovs müstəqilliyinin elan olunmasından ötən 98 ildə Latviyanın keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Səfir Latviya-Azərbaycan münasibətlərindən danışaraq ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu deyib. O vurğulayıb ki, ölkəsi Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirərək siyasi münasibətlərin səviyyəsinə çatdırmaq, həmçinin mədəniyyət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından Latviya xalqını milli bayram münasibətilə təbrik edib. O, son illərdə ölkələrimiz arasında əlaqələrin genişlənməsi istiqamətində xeyli işlər görüldüyünü, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Nazir müavini bu yaxınlarda Avropa İttifaqının Azərbaycanla yeni saziş üzrə danışıqların başlanması üçün mandatı təsdiqlədiyini deyib və bu istiqamətdəki səylərinə görə səfirə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.