İQTİSADİYYAT
Bakıda MDB-nin standartlaşdırma sahəsində Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası keçiriləcək
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 27-dən 29-dək Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası keçiriləcək.
Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən bildirilib.
İclasda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Amerika Birləşmiş Ştatları ASTM Beynəlxalq Qurumu, Ukrayna Milli Akkreditasiya Agentliyi, Belarus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsi, Qırğızıstan Respublikası İqtisadiyyat Nazirliyi yanında Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Qırğızıstan Akkreditasiya Mərkəzi, Qazaxıstan Texniki Tənzimləmə və Metrologiya Komitəsi, Milli Akkreditasiya Mərkəzi, Rusiya Federasiyası Texniki Tənzimləmə, Standartlaşdrıma və Uyğunluğun qiymətləndirilməsi Komitəsi, Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentlik, Ticarət və Sənaye Nazirliyi, Belarus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsi, Dövlət Metrologiya İnstitutu, Dövlət Akkreditasiya Mərkəzi, Moldova Respublikası Milli Akkreditasiya Mərkəzi, Polşa Respublikası Standartlaşdırma Komitəsi, Latviya Respublikası İqtisadiyyat Nazirliyinin Milli Standartlar İnstitutunun rəhbər şəxsləri və digərləri iştirak edəcəklər.