İQTİSADİYYAT
Bakıda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclasının protokolu imzalanıb
Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclasının protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 21-22-də keçirilən iclasın gündəliyinə Şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, bu ilin doqquz ayında dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki və digər məsələlər daxil idi.
Tədbirin sonunda MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclasının protokolu imzalandı.
Sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirildi.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin jurnalistləri maraqlandıran sualları cavablandırdılar.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvüdür.