MƏDƏNİYYƏT
Bakıda Mangistau vilayət filarmoniyası orkestrinin konserti olub
Bakı, 28 yanvar, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Aktau şəhərinin (Qazaxıstan) Mangistau vilayət filarmoniyası orkestrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, Mangistau vilayət filarmoniyasının yubileyinə həsr edilmiş qastrollar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, habelə Mangistau vilayət icra hakimiyyətinin dəstəyi ilə keçirilir.
60 musiqinin daxil olduğu orkestrin konsertində Qazax xalq musiqisi, Azərbaycan və Qazax bəstəkarlarının, habelə dünya klassiklərinin əsərləri səslənib.
Konsertin təşkilatçıları əmin olduqlarını bildiriblər ki, bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına, qardaş xalqların incəsənətinin təbliğinə və populyarlaşdırılmasına şərait yaradır.