MƏDƏNİYYƏT


Bakıda “Maraqlı Avropa” adlı sərgi açılıb

A+ A

Bakı, 22 sentyabr, Flora Şükürova, AZƏRTAC

Sentyabrın 22-də “Art Villa” qalereyasında gənc rəssamlar Rüstəm Hüseynovun və Aydın Sadıqovun fotolarından ibarət “Maraqlı Avropa” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan və Avropa İttifaqı münasibətlərinin 25 illiyinə həsr olunub. Sərginin ekspozisiyasında gənc fotoqrafların 30-dək fotosu nümayiş olunub.

Sərgidə renessans abidələrin, eləcə də “Dante”, “Faust”, “Drakula”, “Van Helsinq” və başqa Avropa əraziləri tarixinin çox maraqlı fotoları təqdim olunub. Əsərlər arasında “Sümük kilsə” və “Mason çevirmiş qalası” kimi sirli tarixi ilə diqqət çəkən fotolar da yer alıb.

Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da tamaşa etdikləri sərgi maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.