MƏDƏNİYYƏT


Bakıda Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi qeyd ediləcək

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi qeyd ediləcək.

AZƏRTAC xəbər verir ki, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı əsasında baş tutacaq.

Tədbirdə şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında, milli özünütanımada böyük xidmətləri olan Şəhriyar yaradıcılığından söz açılacaq. Klassik şeirin bütün şəkillərinə müraciət edən şairin şeirlərindən nümunələr səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.