Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Məhkəmə-Hüquq Şurasının 10 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Bakı, 25 may, Cavid Bədəlov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 22-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərinin, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbərliyinin, Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının, Ali Məhkəməsinin, Ali Baş Prokurorluğunun və Ədliyyə Akademiyasının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri tədbirdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Konfransı açan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov “Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanda hüquqi islahatların bəhrəsidir” mövzusunda məruzə ilə çıxış edib.

Fikrət Məmmədov deyib ki, Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına mühüm əhəmiyyət verib. Ulu Öndərin müəllifliyi ilə 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamız islahatların başlanmasına əsas olub. Keçmiş Sovet İttifaqından miras qalmış məhkəmə və hüquq sistemi qısa müddət ərzində demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub.

Ölkəmizdə hakimlərin seçiminin təşkili üçün yeni qurumun təsisi bugünkü Məhkəmə-Hüquq Şurasının əsasını qoyub və Ulu Öndər həm də məhkəmə hakimiyyətinin gələcək inkişaf strategiyasını müəyyən edib.

Qeyd edilib ki, Ümummilli Liderin dövlətçilik kursunu əzmlə davam etdirən Prezident İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən 2004-cü ildə Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq qanunvericilik ətraflı tədqiq edilib və onun Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılıb. Aparılmış təhlillər nəticəsində Azərbaycanda yeni qurum - məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanının yaradılması qənaətinə gəlinib. Bu barədə Avropa Şurasında ekspertizadan keçirilmiş qanunvericilik layihələri Prezident tərəfindən dəstəklənib və qanunvericilik təşəbbüsü əsasında qəbul olunub. Bununla da Avropada ən mütərəqqi təcrübələrə əsaslanan, hakimiyyətin heç bir qoluna tabeliyi olmayan, tam müstəqil bir orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılıb.

Diqqətə çatdırılıb ki, 2005-ci ildən fəaliyyətə başlamış Məhkəmə-Hüquq Şurasının 15 nəfər üzvündən 9-nun bütün məhkəmə instansiyalarını təmsil edən hakimlər olması, Şurada bərabər səs hüququ ilə Prezidentin, Milli Məclisin, prokurorluğun, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının nümayəndələrinin təmsil olunması onun fəaliyyətinin və qərarlarının hərtərəfli və dolğun olmasını şərtləndirib. Ötən 10 il ərzində Şura tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülüb, 100-dək iclasda 400-dən artıq təşkilati məsələyə baxılıb, hakimlərin təyinatı, iş yerinin dəyişdirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar 1200-dək məsələ həllini tapıb. İşini şəffaf prinsiplər əsasında quran Şuranın iclaslarına media təmsilçilərinin və ictimaiyyətin nümayəndələrinin dəvət olunması təcrübəsi yaradılıb.

İnsanlara məhkəməyə müraciət üçün əlverişli şərait yaradılmasının ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ən mühüm addımlardan biri olduğunu söyləyən Fikrət Məmmədov bu mənada Prezidentin 2006-cı ildə imzaladığı Fərmanla ölkəmizdə yeni regional məhkəmələrin yaradılmasını xüsusi qeyd edib. Bildirib ki, Bakı şəhərində yerləşən və respublika üzrə vahid olan apelyasiya və iqtisad məhkəmələrinə müraciətlərin çətinliklər yaratması nəzərə alınaraq, ölkənin bütün bölgələrini əhatə edən 6 regional apelyasiya, habelə regionlarda əlavə olaraq 3 yerli iqtisad məhkəməsi təşkil edilib. Dövlətimizin başçısının fərmanlarına əsasən, 2010-cu ildə vahid ağır cinayətlər məhkəməsinin əvəzində yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı 5-ə çatdırılıb. Heç şübhəsiz, məhkəmə-hüquq sisteminin inkişafında ən mühüm hadisələrdən biri ölkəmizdə ilk dəfə olaraq inzibati ədliyyə institutunun yaradılmasıdır. 2011-ci ildən respublikanın 7 bölgəsində insan haqlarının müdafiəsində mühüm rolu olan yeni inzibati məhkəmələr fəaliyyətə başlayıb. Görülən bütün tədbirlər insanların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə, hakimlərin iş yükünün, süründürməçilik və s. pozuntuların azalmasına şərait yaradıb, bölgələrdə digər hüquq institutlarının inkişafına təkan verib.

“Məhkəmə hakimiyyətinin nüfuzu və etibarı hakimlərin insanlarla rəftarından, etik davranışından çox asılıdır”, - deyən nazir buna görə də Məhkəmə-Hüquq Şurasının Hakimlərin Etik Davranış Kodeksinin hazırlanmasına xüsusi əhəmiyyət verdiyini deyib. Əlavə edib ki, bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə ekspert qrupu yaradılıb, qabaqcıl təcrübəyə, o cümlədən BMT-nin “Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri”nə əsasən Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq Şura tərəfindən qəbul edilib.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Şura tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Həmçinin dövlətimizin başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanaraq, Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılıb. Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib. Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Komitə üzvlərinin yarıdan çoxunun yüksək məhkəmələrin hakimi olması, habelə Şuranın Aparatının, prokurorluğun, Ədliyyə Nazirliyinin, vəkilliyin və hüquqşünas-alimin bu qurumda təmsil olunması peşəkar hakim seçimini şərtləndirib. İmtahanlarda yüksək şəffaflıq və obyektivlik, o cümlədən prosesin bütün mərhələlərinin KİV nümayəndələrinin qarşısında keçirilməsi və internetdə canlı yayımlanması nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb edib. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), Avropa İttifaqının və digər beynəlxalq qurumların Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirməsi ölkəmizin böyük uğurudur. Bu qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək hakim vəzifəsinə təyin edilib. Faktiki olaraq, Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50 faiz, apelyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə iki dəfədən çox artırılıb. Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir. CEPEJ, həmçinin ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşdirilməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib. Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan iddiaların sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək artıb. Təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı 40 faiz artaraq 250 mini ötüb.

Şuranın sədri bildirib ki, ötən dövrdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərlə tədris prosesinə, xüsusilə insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə mühüm əhəmiyyət verilib. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə hər həftə xüsusi seminarlar keçirilir. Hakimlərimizin Avropa Məhkəməsinə mütəmadi səfəri təşkil olunur, onlar məhkəmənin fəaliyyəti ilə tanış olaraq dinləmələrdə bilavasitə iştirak edirlər. Həmçinin Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi önəm verən Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizin hakiminin məhkəmədə 1 il müddətinə staj keçməsi təşkil edilib.

Şuranın iclaslarında müxtəlif qanunvericilik layihələri dəfələrlə müzakirə edilib, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 50-dək, o cümlədən “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna 11 dəfə mütərəqqi dəyişikliklər edilib. Məhkəmə-Hüquq Şurasının məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi səlahiyyətləri genişləndirilib, o cümlədən hakimlərin müstəqilliyinin təmini və fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, hakim ştatlarının məhkəmələr üzrə bölüşdürülməsi Şuraya həvalə edilib.

Qarşıda duran vəzifələrdən danışan nazir deyib ki, ən mühüm vəzifələrdən biri məhkəmə fəaliyyətində texnoloji yeniliklərin tətbiqidir. Dövlətimizin başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı bu sahədə strateji prioritetləri müəyyən edib. Bu sistemin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək.

Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, iqtisadi, sosial və digər sahələrdə müşahidə olunan sürətli inkişafın məntiqi davamı olduğunu deyən Fikrət Məmmədov vurğulayıb ki, ölkə başçısının Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyətində fərqlənən bir qrup şəxsləri yüksək dövlət təltiflərinə və fəxri adlara layiq bilməsi hər birimizi daha məsuliyyətlə və əzmlə çalışmağa sövq edir.

Şuranın on illik yubileyi münasibətilə dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına təbriklərini çatdıran Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Fuad Ələsgərov “Məhkəmə-Hüquq Şurasının məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib.

Fuad Ələsgərov dövlətimizin başçısının Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə, məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşməsinə böyük önəm verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu islahatların həyata keçirilməsi prosesində inkişaf etmiş dövlətlərin təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda, xalqımızın dövlətçilik tarixi, ənənələri rəhbər tutulur. Məhz bunun nəticəsində biz hüquqi dövlət quruculuğu işində böyük uğurlar əldə etmişik.

Prezident Administrasiyasının rəsmisi on il bundan əvvəl Məhkəmə-Hüquq Şurasının yaradılmasının ölkəmizdə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olmaqla məhkəmə sisteminin inkişafına böyük töhfə verdiyini bildirib. Qeyd edib ki, ötən illər ərzində Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətinin təmin olunmasında böyük rol oynayıb. Bu rol bu gün də artmaqdadır. Məhkəmə-Hüquq Şurası haqqında qanunvericiliyə son illər ərzində edilmiş dəyişikliklər bu qurumun məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı səlahiyyətlərini daha da genişləndirib. Nəticədə Şura məhkəmələr və hakimlərlə bağlı məsələlərin səmərəli həlli üçün əlavə hüquqi vasitələr əldə edib.

Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının öz fəaliyyətini ilk növbədə müstəqillik, qanunçuluq, şəffaflıq, yaxşı idarəçilik, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurduğunu və bunun nəticəsində cəmiyyətimizdə nüfuz qazandığını bildirib. Vurğulayıb ki, Şuranın müxtəlif hakim vəzifələrinə təyin edilməsi üçün Azərbaycan Prezidentinə təklif etdiyi namizədlərin təsdiq olunması dövlətimizin başçısının Hakimlərin Seçki Komitəsinin və Məhkəmə-Hüquq Şurasının işinə etimadının göstəricisidir.

Şöbə müdiri bildirib ki, görülmüş işləri yüksək dəyərləndirən Prezident İlham Əliyev 2015-ci il 19 may tarixli sərəncamları ilə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin fəaliyyətdə olan və sabiq üzvlərinin bir qrupunu “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” medalı ilə təltif edib. Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin iki üzvünə isə “Əməkdar hüquqşünas” fəxri adı verib.

Fuad Ələsgərov deyib ki, Azərbaycan Prezidentinin Məhkəmə-Hüquq Şurasına göstərdiyi dəstək səmərəli və ədalətli məhkəmə sisteminin bu günün ən mühüm tələblərindən biri olması ilə bağlıdır. Məhkəmələrin qəbul etdiyi qərarlar cəmiyyətimizin həyatının bir çox sahələrinə təsir göstərir. Bu baxımdan hakim korpusunun formalaşmasında, hakimlərin yüksək peşə hazırlığının və intizamının təmin edilməsində əsas rol oynayan Məhkəmə-Hüquq Şurasının üzvləri üzərinə düşən böyük məsuliyyəti hiss etməli və vəzifələrinin icrasına prinsipial yanaşmalıdırlar.

Prezident Administrasiyasının rəsmisi Məhkəmə-Hüquq Şurası üzvlərinin bu işin öhdəsindən layiqincə gələcəklərinə və Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyətlərində yeni nailiyyətlər əldə edəcəklərinə əminliyini vurğulayıb.

Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev “Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi zamanı görülmüş ən önəmli işlərdən biri də heç şübhəsiz ki, Məhkəmə-Hüquq Şurasının yaradılması olub. Əminliklə qeyd etmək olar ki, son 10 il ərzində məhkəmə sahəsində köklü islahatların həyata keçirilməsinə Məhkəmə-Hüquq Şurası bir qurum olaraq mühüm töhfələr verib.

Ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə nail olmaq üçün bir-biri ilə sıx bağlı olan kompleks işlərin görülməsinin tələb edildiyini deyən Ali Məhkəmənin sədri vurğulayıb ki, buraya ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər aiddir. Prezident İlham Əliyev tərəfindən keçən il “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında müvafiq Sərəncamın imzalandığını xatırladan Ramiz Rzayev Ali Məhkəmədə artıq müasir İT sistemindən asılı olan daxili şəbəkənin yaradıldığını və bunun vasitəsilə sənədlərin sürətli dövriyyəsinin həyata keçirildiyini söyləyib. O vurğulayıb ki, “Elektron məhkəmə” Azərbaycan məhkəmələrinin gələcəyidir.

Ramiz Rzayev deyib: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi bizim üçün həmişə prioritet məsələ olub. Ali Məhkəmə tərəfindən konvensiyanın və Avropa Məhkəməsinin presedent hüququnun milli məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair xüsusi plenum qərarı qəbul edilib. Həmin qərar milli məhkəmələrdə presedent hüququnun öyrədilməsi və baxılan işlərin tətbiqi sahəsində mühüm rol oynayıb. Müsbət haldır ki, son zamanlar məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib, qərarların əsaslandırılması zamanı daxili qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyaların normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə istinad halları çoxalıb. Ona görə də konvensiyanın və presedent hüququnun tətbiqinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə təlimlər davam etdirilməlidir”.

Diqqətə çatdırılıb ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur. Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir. Əsas məqsəd isə ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir.

“Mükəmməl qanunvericilik bazası məhkəmə sisteminin inkişafının əsasıdır” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və onun əlçatımlığının artırılması, fəaliyyətinin qanunlar çərçivəsində vətəndaşların hüquqlarının qorunması səviyyəsində həyata keçirilməsi işində mühüm uğurlar ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonrakı dövrə təsadüf edir. Müstəqilliyini yeni bərpa etmiş ölkənin bütün istiqamətlərdə inkişafının təmin edilməsi istiqamətində qanunların, eləcə də məhkəmə sisteminin müasir tələblərə cavab verməsi ilə bağlı ciddi qanunvericilik aktlarının qəbul olunmasına ehtiyac var idi. Əlbəttə ki, bunun əsasını Azərbaycan Respublikasının Konstitusiyası, onun VII fəslində məhkəmə hakimiyyətinin səlahiyyətlərinə və vəzifələrinə həsr olunan bölmə təşkil edir. Azərbaycan Konstitusiyasına, qoşulduğumuz beynəlxalq konvensiyalara, üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında üzərimizə götürdüyümüz öhdəliklərə uyğun olaraq ötən illərdə qanunverici orqanda bu sahəni tənzimləyən qanunlar üzərində ciddi fəaliyyət göstərilib və həmin qanunları zamanın tələbinə uyğunlaşdırmaq üçün addımlar atılıb.

Bahar Muradova qeyd edib ki, 2005-ci ildə hakimlərin və məhkəmə sisteminin müstəqil özünüidarə qurumunun – Məhkəmə-Hüquq Şurasının yaradılması üçün çox ciddi əsaslar var idi. Onu daha ciddi və daha etibarlı quruma çevirən dəyişikliklər isə 2006-cı ilin yanvarından edilməyə başlanılıb. Məhkəmələr və hakimlər, eləcə də Məhkəmə-Hüquq Şurası haqqında qanunlara edilən dəyişikliklər məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, müasirləşdirilməsi, hakimlərin maddi təminatının yaxşılaşdırılması, onların müstəqilliyinin, eləcə də məhkəmə fəaliyyətinin şəffaflığının təmin edilməsi, inzibati icraat zamanı vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunması istiqamətindəki məsələləri özündə ehtiva edir. Son dövrlərdə məhkəmə sistemində aparılan ciddi islahatların və onun qanunverici əsaslarının möhkəmlənməsinin nəticəsidir ki, vətəndaşlar arasında məhkəmə orqanlarına inamın artmasının şahidi oluruq. Bu gün Azərbaycan vətəndaşları öz hüquqlarının qorunması üçün məhz məhkəmələrə üz tuturlar və məhkəmələrin qəbul etdiyi qərarlara inanırlar.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya nəzarətinin məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə təsiri” mövzusunda məruzəsində deyib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin dövlət idarəçilik sisteminin müstəqil qolu kimi təşəkkül tapması, eləcə də Məhkəmə-Hüquq Şurası kimi kollegial orqanın yaradılması bir çox ölkələr üçün nümunədir. Məhkəmə-Hüquq Şurasının mövcudluğu və fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Hakimlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi prosesi ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə sisteminin müstəqilliyinin, hakimlərin obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinə yönələn ən vacib vasitələrdən biridir.

Məhkəmə-Hüquq Şurasının öz fəaliyyətində daim müasir yanaşmalara diqqət yetirdiyini deyən sədr vurğulayıb ki, keçmiş sovet məhkəmə sistemində mövcud olmuş hakimlərin intizam kollegiyasından tam fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası cəza mexanizmi kimi deyil, məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, qəbul edilən məhkəmə aktlarının keyfiyyətinin artmasına, hakimlərin öz vəzifəsinə daha məsuliyyətlə yanaşmasına təkan verən mühüm kollegial təsisat kimi fəaliyyət göstərir. Şuranın qəbul etdiyi qərarlar isə hüquqi dövlətin mühüm atributlarından biri olan məhkəmələrin öz funksiyalarını səmərəli və şəffaf şəkildə həyata keçirməsinə böyük töhfə verib.

Qeyd edilib ki, hüquqi islahatlar çərçivəsində müəllifi ulu öndər Heydər Əliyev olan Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni institut – Konstitusiya nəzarəti orqanının yaradılması olub. Müasir cəmiyyətdə konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının əvəzedilməz mexanizmlərindən biridir. Demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Bu gün Azərbaycanın Konstitusiya Məhkəməsi müvafiq səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Bu nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqaməti baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

Fərhad Abdullayev diqqətə çatdırıb ki, son illərdə Konstitusiya Məhkəməsinə daxil olan müraciət və sorğuların sayı artıb. Həmin müraciətlərdə digər məhkəmələr hüquq mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu, onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər.

Sədr əmin olduğunu bildirib ki, məhkəmə hakimiyyəti, eyni zamanda, Məhkəmə-Hüquq Şurası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində bundan sonra da fəal iştirak etməklə Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqları və azadlıqlarının daha səmərəli müdafiəsi işində üzərinə düşən vəzifələri yerinə yetirəcək.

“Hüquq sisteminin inkişafında Məhkəmə-Hüquq Şurası ilə prokurorluğun əməkdaşlığının rolu” mövzusunda məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov Məhkəmə-Hüquq Şurasının fəaliyyətə başladığı ilk gündən prokurorluğun da həmin qurumda təmsil olunduğunu söyləyib.

Baş prokuror bildirib ki, ötən 10 il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, icra intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə genişmiqyaslı tədbirlər görülüb. Həmçinin aparılmış məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası tətbiq olunub.

Qeyd edilib ki, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin səmərəli fəaliyyəti prokurorluq orqanlarında da öyrənilir və həmin qurumların qabaqcıl təcrübəsi nəzərə alınır. Bu isə Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyəti, sıx əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində mümkün olub. Məsələn, Hakimlərin Seçki Komitəsinin uğurlu təcrübəsindən Baş Prokurorluğun işə qəbul üzrə Müsabiqə Komissiyasında istifadə edilib.

Zakir Qaralov deyib ki, hazırda məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, hakimlər arasında ixtisaslaşmanın aparılması, yuvenal ədliyyənin inkişafı və digər mühüm istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir. Yaradılmasının 10 illiyini qeyd edən Məhkəmə-Hüquq Şurası da ölkəmizin hərtərəfli tərəqqisi, müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə fəaliyyət göstərməkdədir.

Sonra Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buayanın təbrik məktubu oxunub.

Məktubda müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın hüquqi baza və ədliyyə sisteminin institusional təşkilinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atdığı bildirilmiş, Avropa Şurasının son illər bu sahədə həyata keçirilən əhəmiyyətli inkişaf proseslərini etiraf etməkdən məmnunluq duyduğu ifadə olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, 2005-ci ildə Məhkəmə-Hüquq Şurasının yaradılması, onun rolunun və institusional imkanlarının davamlı şəkildə artırılması məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsini, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının tələblərinə uyğun olaraq ədalət mühakiməsinə çatımlığı təmin etmək üçün mühüm mərhələ təşkil edir.

F.Buaya məktubunda, həmçinin Avropa Şurasının özünüidarə orqanları olaraq Yüksək Məhkəmə Şuralarının roluna və statusuna böyük əhəmiyyət verdiyini qeyd etmiş, Məhkəmə-Hüquq Şurasının ildönümü ilə bağlı xoş arzularını çatdırmış, Məhkəmə-Hüquq Şurası sədrinin və üzvlərinin məhkəmə hakimiyyətinin müstəqilliyinə dair Avropa Şurasının prinsiplərini və dəyərlərini bölüşmələrini alqışlamışdır. O, Avropa Şurası ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Konfransda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti İrakli Adeişvili, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Ganna Yudkivska, Dmitri Dedov, Xanlar Hacıyev, Türkiyə Ədliyyə Akademiyasının prorektoru Mustafa Artuç, Hakimlərin Seçki Komitəsinin sədri, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev məruzələrlə çıxışlar ediblər.

Məruzələrdə məhkəmə islahatlarının həyata keçirilməsində və insan haqlarının etibarlı qorunmasında beynəlxalq mexanizmlər, CEPEJ-in milli təsisatlara dəstəyi, Avropa Məhkəməsinin presedentlərinin milli məhkəmə təcrübəsinin inkişafında rolu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitələri, o cümlədən hakimlərin şəffaf seçimi və qabaqcıl metodikalarla tədrisi, bu sahədə müsbət təcrübələr barədə məlumatlar iştirakçılar tərəfindən böyük maraqla dinlənilib, səmərəli müzakirə və fikir mübadiləsi aparılıb.

Konfransdan sonra qonaqlar Məhkəmə-Hüquq Şurasının binasında Şuranın və Hakimlərin Seçki Komitəsinin üzvləri üçün yaradılan iş şəraiti ilə tanış olublar.

Daha sonra ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sistemimizin yaradılmasında roluna həsr edilən Muzeyin açılışı olub. Burada konfrans iştirakçılarının bir qrupuna fəxri fərmanlar təqdim edilib.

Səfər çərçivəsində qonaqlar respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına böyük maraq göstərərək Ali Məhkəmənin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binaları ilə tanış olaraq yaradılmış yüksək şəraitdən və qabaqcıl İKT-lərin geniş tətbiqindən heyranlıqlarını ifadə edib, ölkə Prezidentinin Sərəncamı ilə yaradılan “Elektron məhkəmə” informasiya sisteminin Yasamal Rayon Məhkəməsində sınaq rejimində tətbiq olunan komponentleri - elektron sənəd dövriyyəsi, məhkəmə işlərinin elektron idarəetmə sistemləri, “elektron-bildiriş” informasiya proqramı, habelə proseslərin elektron qeydiyyatını izləyərək ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən bu texnoloji yenilikləri təqdir ediblər.

Qonaqlar, həmçinin regionlarda yeni istifadəyə verilmiş müasir məhkəmə binaları, eləcə də Azərbaycan brendi olan “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, habelə paytaxtımızın tarixi və mədəni abidələri, o cümlədən dünyanın nadir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı