MƏDƏNİYYƏT


Bakıda “Misri- gənc aşıqların səs incisi” adlı diskin təqdimatı olacaq

A+ A

Bakı, 26 avqust, Flora Şükürova, AZƏRTAC

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Misri- gənc aşıqların səs incisi” adlı diskin təqdimatı olacaq.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı AZƏRTAC-a bildirib ki, diskdə bütün bölgələrimizdən olan 15-35 yaş arası 30-dək gənc aşığın repertuarı toplanıb.

Bildirilib ki, ilk dəfə olaraq diskdə Balakən və Zaqatala rayonlarından olan gənc tamburçu aşıqlar da yer alıb.

Qeyd edək ki, təqdimat çərçivəsində aşıq musiqisindən ibarət konsert proqramı da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.