MƏDƏNİYYƏT


Bakıda “Momentous” adlı fərdi rəsm sərgisi açılacaq

Bakı, 27 yanvar, Ceyhun Alışlı, AZƏRTAC

Fevralın 3-də Bakıda gənc impressionist rəssam Nərmin Sadıqovanın “Momentous” adlı fərdi rəsm sərgisi açılacaq. “Gallery 1969” sərgi salonunda gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Bu barədə AZƏRTAC-a rəssam özü məlumat verib. Onun sözlərinə görə, sərgidə müxtəlif janrlı 50-dək sənət əsəri nümayiş olunacaq. Sərgilənəcək əsərlər arasında bir sıra mövzularla yanaşı, vətənpərvərlik mövzusunu əhatə edən portretlər də yer alacaq.

Rəssam sayca üçüncü sərgisi olan “Momentous” vasitəsilə öz xəyal dünyasını bölüşəcək.

Sərgi iki gün davam edəcək.

Qeyd edək ki, N.Sadıqova bir sıra xarici incəsənət festivallarında ölkəmizi layiqincə təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.