Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır VİDEO

Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda üçüncü Beynəlxalq elmi konfrans işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizin müxtəlif ali təhsil ocaqlarının nümayəndələri, eləcə də bir sıra xarici dövlətlərin - Fransa, Avstriya, Hindistan, Rusiya, Ukrayna və Gürcüstanın nüfuzlu universitetlərinin, elmi-tədqiqat institutlarının tanınmış alimləri iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları AMİ-nin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndərin buradakı büstünün önünə əklil qoymuşlar.

Konfransın plenar iclasında çıxış edən institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Rektor bildirmişdir ki, konfransın əsas məqsədi müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma) məsələlərinə dair dialoqların və təcrübə mübadiləsinin aparılmasıdır.

Qeyd olunmuşdur ki, tədbirdə müəllim hazırlığı ilə bağlı yeni layihələr və innovativ xarakterli məqalələr təqdim etmiş tədqiqatçılar, müəllimlər və təhsil sistemi ilə yaxından maraqlanan yerli və xarici mütəxəssislər iştirak edirlər.

Konfransın keçirilməsini zəruri edən başlıca səbəblərdən söz açan rektor bildirmişdir ki, son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsil sisteminin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminat, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində diqqətəlayiq işlər görülmüşdür. Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənlik və müdrikliklə yaratdığı siyasi, iqtisadi, mənəvi təməl üzərində inkişaf edən ölkəmizin qarşısında təhsil sistemini yeni, daha yüksək səviyyəyə qaldırmaq, təhsilin keyfiyyətini artırmaq kimi prioritet vəzifə durur. Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, müəllim hazırlığı sisteminin yaradılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoyan Azərbaycanın başlıca hədəflərindəndir.

A.Naxçıvanlı vurğulamışdır ki, sürətlə inkişaf edən Azərbaycanda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni hədəflərin müəyyənləşdirilməsinə və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması ilə bağlı 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyət kəsb edir. Həmin konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, əsas hədəfləri dəqiq müəyyənləşdirilmiş, təhsil işçilərinin qarşısında yeni, məsul vəzifələr qoyulmuşdur.

Rektor qeyd etmişdir ki, bu il yaradılmasının 85 ili tamam olan Azərbaycan Müəllimlər İnstitutu müəllim hazırlığında böyük nailiyyətlərə imza atmış, respublikanın ali təhsil məkanında özünəməxsus layiqli yer tutmuşdur. Əvvəlki beynəlxalq konfranslarda söylənilən təklif və ideyaları həyata keçirmək üçün AMİ-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi sahəsində çox iş görülmüşdür. Bolonya sisteminin tələblərinin reallaşdırılması, auditoriyaların kompyuterləşdirilməsi, elektron lövhələrlə təchizi, internet şəbəkəsi sisteminə qoşulması, professor-müəllim heyətinin İKT-dən istifadə proqramları üzrə treninqlərə cəlb olunması interaktiv mühazirə və seminar məşğələlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir.

A.Naxçıvanlı konfransın müəllim hazırlığında yeni elmi istiqamətə, əməkdaşlıqlara, layihələrə, innovativ araşdırmalara təkan verəcəyinə əminliyini bildirmiş, onun işinə uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirmişdir ki, konfransda müzakirə edilən mövzu çox vacib və aktualdır. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin, müəllimin rolu danılmazdır. Təhsilin inkişafına, müəllim hazırlığı məsələsinə xüsusi diqqət göstərən Təhsil Nazirliyi bu sahədə müxtəlif proqramlar, tədbirlər həyata keçirir. Müəllimlərin işə qəbulunda şəffaflıq prinsiplərinə ciddi əməl olunur. Bu gün əsas məsələlərdən biri ölkədəki orta məktəblərdə çalışan iki yüz minədək müəllimin peşəkarlığının artırılması, peşə hazırlığının yüksəldilməsidir.

C.Bayramov, eyni zamanda, təhsil sahəsində mövcud nöqsanlardan və onların aradan qaldırılması ilə bağlı nazirliyin həyata keçirdiyi tədbirlərdən, təhsilin inkişafı istiqamətində qarşıdakı vəzifələrdən də danışmışdır.

Tədbirdə Fransanın ESPE Versal Akademiyası De Serj-Pontuaz Universitetinin professoru Jan-Pyer Şevalyenin “Ali təhsil müəssisələrində çalışan müəllim və işçilərin təlimi və özünütəkmilləşdirməsi”, Hindistanın KSTİ Universitetinin rektoru, professor Satyendra Patnaikin “Təhsildə baryerlər”, Avstriyanın Vyana-Krems Müəllim Hazırlığı Universitetinin professoru Andreas Vessenbakın “Öyrətməkdən öyrənməyə: paradiqma dəyişikliyi” mövzularında məruzələri dinlənilmişdir.

Daha sonra konfrans işini “Təhsilin inkişafına dair dövlət strategiyası və müəllim hazırlığının aktual problemləri”, “Müəllim hazırlığında psixoloji aspektlər və inklüziv təhsil”, “Təhsil və tərbiyə sistemlərinin səmərəli təşkili yolları”, “Müəllim hazırlığında innovasiyalar. Müasir təlim texnologiyalarından istifadə”, “Müəllim hazırlığının müxtəlif pillələrinin özünəməxsusluğu və qarşılıqlı əlaqəsi” bölmələrində davam etdirmişdir.

İclaslarda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Hindistandan alim və mütəxəssislərin müəllim hazırlığı probleminə həsr olunmuş məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfrans işini mayın 23-də bölmə iclasları ilə davam etdirəcəkdir.

Bakıda “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” mövzusunda Beynəlxalq konfrans işə başlamışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər