CƏMİYYƏT


Bakıda “Mühəndislik elmi və idarəetmə” mövzusunda X beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Bakıda “Mühəndislik elmi və idarəetmə” mövzusunda X beynəlxalq konfransın keçirilməsi barədə təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov əmr imzalayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək konfransın təşkili ilə bağlı xərclər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən ödəniləcək.

Əmrin icrası ilə bağlı nazirliyin müvafiq şöbələrinə tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.