SİYASƏT


Bakıda NATO-nun Mobil Təlim Qrupu tərəfindən kurs keçirilir

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Birgə HHQ Əməliyyatlarının Planlaşdırılması” mövzusunda təlim kursunun keçirilməsinə başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs müddətində iştirakçılara “NATO HHQ-nin Komanda və Qüvvə strukturu”, “Birgə Əməliyyatların Planlaşdırılmasının Əsas Xüsusiyyətləri” və digər mövzular barədə məlumatlar veriləcək, işçi qruplarda fəaliyyətlər həyata keçiriləcək.

Təlim kursu sentyabrın 23-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.