ORDU
Bakıda NATO-nun ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir
Bakı, 13 oktyabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 13-dən Bakıda NATO-nun standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikigünlük seminar çərçivəsində NATO-nun standartlaşdırma ofisinin direktoru, general-mayor Edvadas Majeikasın (Litva) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq. Həmçinin NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat veriləcək, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.