SİYASƏT


Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs müddətində iştirakçılara “NATO-nun Komanda və Qüvvə strukturu”, “NATO-da təlim və proqramlaşdırma prosesi”, “Təlim planlaşdırılmasının əsas xüsusiyyətləri”, “Təlim konsepsiyaları”, “Təlimlərin planlaşdırılması və hazırlanması”, “Təlimin idarə edilməsi” və digər mövzulara dair mühazirələr oxunur, eləcə də müzakirələr və fikir mübadilələri aparılır.

Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirakı ilə keçirilən kurs iyulun 14-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.