ORDU
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir
Bakı, 11 oktyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən ölkəmizdə “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-texniki təminatın əsasları”, “Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, sindikatlar təşkil olunur.
Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.