SİYASƏT


Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlər qrupu Bakıya səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində hərbi tədris müəssisələrində xarici dillər üzrə ixtisaslaşan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat veriləcək. Həmçinin qarşılıqlı fikir mübadiləsi aparılacaq, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən işçi görüşlər oktyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.