MƏDƏNİYYƏT


Bakıda “NUR Art House” qalereyası və “Gəncliyin nəfəsi” adlı sərgi açılacaq

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 19-da İçərişəhərdə “NUR Art House” qalereyası və “Gəncliyin nəfəsi” adlı sərgi açılacaq.

Təşkilatçıların AZƏRTAC-a verdiyi məlumata görə, sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsi tələbələrinin əl işləri, o cümlədən ənənəvi xalçaçılıq, qobelen və batika işləri nümayiş olunacaq. Sərginin məqsədi gənc nəslin ənənə və müasirlik əsasında daha mükəmməl sənət əsərləri yaratmasına nail olmaqdır. Belə nümunələrdən biri texnoloji xüsusiyyətlərinə, kompozisiya və milli estetikanın ümumi prinsiplərinə görə xovsuz xalçalara çox yaxın olan qobelen sənətidir. Qobelen qısa zamanda sözün əsl mənasında milliləşib və estetik mədəniyyətimizin tərkib hissəsinə çevrilib. Gənclərimiz qobelendə hiss, duyğu və düşüncələrini daha parlaq rənglərlə ifadə edirlər. Sərgidə Aynurə Mahmudlu, Jalə Rəfili, Səbinə İsgəndərli, Nərgiz Abbasova, Aysel Süleymanova, Bürhan Qəhrəmanlı, Məryəm Hümbətova, Şəhla Abbasova və başqalarının əsərləri nümayiş olunacaq.

Təşkilatçılar ümid edirlər ki, “NUR Art House” qalereyası incəsənəti sevənlərin evinə çevriləcək. Qalereyada yerli və xarici sənətkarların dekorativ-tətbiqi və təsviri sənət əsərlərinin nümayişi, habelə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.