MƏDƏNİYYƏT


Bakıda “Novruz” festivalı keçiriləcək

Bakı, 17 mart, AZƏRTAC

Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə “Novruz” festivalı keçiriləcək.

Turizm Təbliğat Bürosundan AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakı ilə “Sabir bağı”nda konsert proqramı təqdim ediləcək.

Sənətkarlar öz əl işlərini nümayiş edəcək, iştirakçılara milli mətbəximizin təamlarını dadmaq imkanı yaradacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcəklər.

Ayrıca olaraq Qarabağ atı nümayiş ediləcək.

Milli Turizm Təbliğat Bürosu şəhər sakinlərini və Bakının qonaqlarını xalq şənliklərinə qoşulmağa dəvət edir.

Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” müvafiq Fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.