MƏDƏNİYYƏT


Bakıda “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı təqdim olunub

A+ A

Bakı, 26 dekabr, AZƏRTAC

Heydər Əliyev Sarayında “Odlar yurdum, Azərbaycan” adlı konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsert respublikanın tanınmış ifaçılarının iştirakı ilə baş tutub. Belə ki, konsertdə Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Aşıq Samirə, müğənnilər Günay İbrahimli, Elnur Məmmədov, Leyla Ramazanlı, Nazənin, Nicat Cəfərzadə və digər ifaçılar tərəfindən xalq və bəstəkar mahnıları təqdim olunub.

Bir-birindən maraqlı ifalardan ibarət konsert proqramı alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.