İDMAN


Bakıda Olimpiya ayı çərçivəsində “Boks günü” keçirilib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC 

Noyabrın 11-də Milli Olimpiya Komitəsi (MOK), “GoSport” mağazası və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Olimpiya ayı çərçivəsində “Boks günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, Olimpiya ayı silsilə tədbirlərinin əsas məqsədi Olimpiya idman növlərinin gənclər arasında təşviqidir.

Tədbirdə əvvəlcə boks idman növünün tarixi və Azərbaycanda uğurları haqqında ətraflı məlumat verilib. “Rio-2016” Yay Olimpiya Oyunlarının mükafatçıları Kamran Şahsuvarlı və Sotomayor Lorenzo gənclərə tövsiyələrini bildiriblər. Həmçinin, gənc boksçulardan ibarət komanda praktik hissədə öz məharətlərini tamaşaçılara göstəriblər.

Sonda tamaşaçılar və iştirakçılar arasında Olimpiya və boks mövzusunda sual-cavab sessiyası keçirilib və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.