MƏDƏNİYYƏT


Bakıda “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılacaq

A+ A

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 8-də Bakı Xətai Sənət Mərkəzində “Qardaş türk xalqlarını tanıyaq” devizi altında “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərginin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi, insanlarının xarakteri və geyim mədəniyyətini necə görmələrini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir.

Balaca fırça ustalarının əl işlərinin nümayiş olunacağı sərgidə hər kəs iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.