MƏDƏNİYYƏT
Bakıda “Özünü və ətrafı iki təkərlə kəşf et” adlı veloyürüş keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakıda Hotellər və Restoranlar Assosiasiyasının, “CycleMania Velo” Hərəkatın və “Baku Guide” bələdçisinin təşəbbüsü ilə “Özünü və ətrafı iki təkərlə kəşf et” adlı veloyürüş keçirilib.
Hotellər və Restoranlar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, layihə ölkədə velomədəniyyətin təbliği və dəstəyi məqsədilə hazırlanıb və layihə veloturizmin bir sağlam həyat tərzi və insanların asudə vaxtının səmərəli keçirilməsi vasitəsi olaraq reallaşdırılıb. Həmçinin layihə tarixi-memarlıq abidələrinin və digər turizm məkanların öyrənilməsində vacibliyinin və səmərəliyinin təbliğini əhatə edir.
Bununla yanaşı, layihənin əsas məqsədi velosipedin ekoloji cəhətdən təmiz və alternativ nəqliyyat vasitəsi olaraq avtomobillər üçün qadağa olmuş məkanlara daxil olmaq, eyni zamanda tarixi-memarlıq abidələrinin rahat ekskursiyasına imkanı yaratmasıdır.
Layihə çərçivəsində veloyürüş iştirakçıları Bakı şəhərində Dövlət Bayraq Meydanında başlayaraq, şəhərin bir sıra görməli məkanlarından, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]