İQTİSADİYYAT


Bakıda “Postneft dövründə bankçılıq perspektivləri” mövzusunda forum keçiriləcək

A+ A

Bakı, 9 noyabr, AZƏRTAC

Noyabrın 24-25-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə bank forumu keçiriləcək.

“Postneft dövründə bankçılıq perspektivləri” adlı forumun məqsədi maliyyə-bank sisteminin postneft dövrünə adaptasiyası, maliyyə dayanıqlılığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.

Dörd paneldən ibarət olacaq forum “Postneft dövrünün çağırışları: yeni iqtisadi strategiya”, “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin şaxələndirilməsi: dünya təcrübəsindən dərslər”, “Bank qanunvericiliyi: problemlər və perspektivlər”, “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mövzularını əhatə edəcək.

Tədbirdə bank-maliyyə sisteminin tənzimləyici orqanlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin, eləcə də ABA üzvü olan bankların Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin iştirakı nəzərdə tutulur.

Forumun hüquqi məsələlərə aid birinci panelində ABA-nın hüquqi işlər üzrə ekspert qrupunun üzvləri və qrup üzvü olmayan bankların hüquq departamentlərinin rəhbərləri iştirak edəcəklər. İkinci paneldə isə ABA-nın informasiya texnologiyaları və ödəniş sistemləri üzrə ekspert qruplarının üzvlərinin və bu qrupların üzvü olmayan bankların müvafiq nümayəndələrinin, elektron təhlükəsizlik üzrə məsul şəxslərin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.