Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda “Qarabağ: tarix və irs” mövzusunda elmi konfrans işə başlayıb

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Qarabağ: tarix və irs” mövzusunda elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın əhəmiyyətindən, Qarabağ problemindən söz açıb.

Nazir deyib ki, Azərbaycana qarşı aparılan təcavüzü tək torpaqların itirilməsi ilə hiss etmirik. Bu təcavüzün hər gün beynəlxalq tədbirlərdə, internetdə, mətbuatda, mətbəxdə, kinolarda şahidi oluruq. Elə ay, il olmur ki, mənfur qonşularımız hər hansı mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik. Müəyyən təzyiqlərlə, alimlərin hazırladıqları faktlarla bunun qarşısını almağa çalışırıq. Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətin bir çoxunun – muğam sənəti, çövkən oyunu, tar, aşıq musiqisi, xalçaçılıq kimi Qarabağla bağlı olan mədəni irsimizin UNESCO-nun siyahısına daxil edilməsinə nail olub. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nüfuzu böyük rol oynayıb.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, ölkəmiz Qarabağın işğalı ilə bərabər çox böyük mənəvi və mədəni itkilər verib. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə, 149 yerli əhəmiyyətli abidə, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 heykəl, 22 muzey, 4 rəsm qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılıb, yandırılıb və qarət edilib. Dünya əhəmiyyətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, nadir eksponatlara malik Şuşa şəhəri, Qarabağın tarix muzeyi, dünyada ikinci olan Ağdam çörək muzeyi, Zəngilandakı daş heykəllər ermənilər tərəfindən yerlə-yeksan edilib. Hazırda dağıdılmış və talan edilmiş memarlıq abidələri içərisində Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, eyni zamanda yaxın və orta şərqin ən qədim yaşayış məskənlərindən olan Azıx və Tağlar mağaraları, Üzərliktəpə yaşayış məskəni, kurqanlar və yüzlərlə yerli və ölkə əhəmiyyətli tarixi abidələr var.

Nazir konfransın materiallarının elmi nəşr kimi çap ediləcəyini söyləyərək tədbirdə iştirak etdiklərinə və Azərbaycan xalqının ağrılı mövzusunu müzakirə edərək dəstəklədiklərinə görə beynəlxalq təşkilatların rəhbərlərinə, alimlərə, mütəxəssislərə minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb.

İRSİKA-nın baş direktoru Halit Eren konfransın rəhbərlik etdiyi qurumla Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırlanan layihə olduğunu söyləyib. Layihənin məqsədi Azərbaycanın Qarabağ bölgəsindəki mədəni və memarlıq irsinə diqqət çəkməyə və bu irsi qorumağa töhfə verməkdir. Bu, problemi müzakirə etməyə və sənədlər toplamağa, dünya ictimaiyyətini məlumatlandırmağa və bu mirasın qorunması istiqamətinə yönəlmiş elmi, professional və təcrübi təşəbbüsdür. Layihəyə əsasən bölgənin tarixi ilə bağlı qaynaqların nəzərdən keçirilməsindən mirasın qorunması və restavrasiyasına qədər müxtəlif istiqamətlər, bunlarla bağlı sahələr mütəxəssislər tərəfindən müzakirə ediləcək.

Bildirilib ki, təşkilatın 56 üzv ölkəsi bu mövzu ilə yaxından maraqlanır. Qurumun toplantılarında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarında demoqrafik, mədəni və fiziki quruluşu dəyişdirməyə yönəlmiş, mədəni mirasın və müqəddəs yerlərin dağıdılması və işğal edilməsi, iqtisadi və digər sahələrdə qanunsuz fəaliyyətləri barədə narahatçılıq ifadə edilir. Bu baxımdan qurum üzv dövlətləri effektli tədbirlər görməyə çağırır.

Qurumun mədəni və memarlıq irsinin qorunması istiqamətində onillərə dayanan təcrübəsinin olduğunu söyləyən Halit Eren Qarabağın mədəni və memarlıq irsi ilə bağlı geniş layihəni İRSİKA-nın illik proqramlarına saldıqlarını və bu mövzunu diqqətdə saxlayacaqlarını söyləyib. Bu mövzunu beynəlxalq platformalara da çıxaracaqlarını və İslam dünyasının başqa bölgələrindəki mirasın qorunması ilə əlaqədar layihələr çərçivəsində də istinad edəcəklərini deyib. Vurğulayıb ki, layihənin nəticələri qurumun sənəd və nəşrləri vasitəsilə tanıdılacaq.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, professor Hidayət Cəfərov işğal altında olan tarixi abidələrimiz və onların öyrənilməsi xronologiyası barədə danışıb.

Qeyd olunub ki, Qafqazda arxeoloji tədqiqatların öyrənilməsi ilk olaraq Qarabağdan başlanıb. Azıx və Tağlar mağaralarında daş dövrünün bütün mərhələlərinin əks olunduğunu söyləyən şöbə müdiri Qarabağın coğrafi şəraitinin insanların məskən salması üçün əlverişli olduğunu bildirib. O, işğal altında olan digər abidələr barədə də məlumat verib.

İki gün davam edəcək konfransda “Qarabağ Ermənistanın hərbi işğalı altında: qiymətləndirmə və nəticələr”, “Tarixdə Qarabağ”, “Qarabağın memarlıq irsi”, “Qarabağ incəsənəti və mədəni irsinin Azərbaycana identikliyi” mövzularında sessiya və müzakirələr aparılacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır