İQTİSADİYYAT


Bakıda “RAVON” brendli Özbəkistan avtomobillərinin təqdimatı olub

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Bakıda “RAVON” brendli Özbəkistan avtomobillərinin təqdimatı olub.

Özbəkistan Mərkəzi Asiyada minik avtomobilləri istehsal edən və dünyanın bir çox ölkəsinə ixrac edən yeganə ölkədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Şerzod Fayziyev yeni “RAVON” brendli özbək avtomobillərinin təqdimatı mərasimində deyib.

Səfir bildirib ki, “RAVON” avtomobilləri “General Motors-Özbəkistan” birgə müəssisəsinin məhsuludur. Bu avtomobillər Özbəkistanın müstəqilliyinin başlıca nailiyyətlərindən biridir. Onun sözlərinə görə, respublikanın avtomobil sənayesinin müasir məhsullarının nümayişi dövlətin inkişafının iqtisadi modelinin effektivliyinin göstəricisidir.

Qeyd olunub ki, Özbəkistanın avtomobil sənayesinin məhsullarının texniki xarakteristikası, etibarlılığı, keyfiyyəti və qiymətinə görə, Azərbaycanda da alıcıları kifayət qədərdir.

Özbəkistan–Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan səfir Şerzod Fayziyev bildirib ki, bu münasibətlər iki ölkə arasında dərin tarixi köklərə əsaslanmaqla, milli ənənələrin, dil və mədəniyyətin yaxınlığı ilə sıx bağıdır.

Daha sonra tədbir iştirakçılarına Özbəkistanda “RAVON” avtomobillərinin istehsal edildiyi müəssisəyə həsr olunmuş video-çarx göstərilib.

Tədbirdə həmçinin “RAVON R2”, “RAVON Nexia R3”, “RAVON R4”, “Gentra” avtomobillərinin yeni markaları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.