Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Bakı, 29 may (AZƏRTAC). Mayın 29-da Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycanda səhiyyə sahəsində islahatlar ildən-ilə daha geniş vüsət alır. Səhiyyənin kompleks şəkildə inkişafı dövlətin sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Son 10 ildə Azərbaycanın səhiyyə sistemi əsaslı inkişaf yolu keçmişdir. Bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilir. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması və onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, əhalinin bütün növ tibbi xidmətlərlə əhatə olunması, tibb işçilərinin ixtisasının artırılması, ən müasir standartlara uyğun yeni kadrların hazırlanması səhiyyə sahəsində islahatların əsasını təşkil edir.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda inşası başa çatdırılan Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu da ölkəmizdə reallaşdırılan islahatlara mühüm töhfədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən bu səhiyyə ocağı ölkəmizdə idman nailiyyətlərinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması, müasir beynəlxalq təcrübənin tətbiqi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılmışdır. İnstitutun əsas fəaliyyət istiqamətləri idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicəsidir.

Prezident İlham Əliyev institutun rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına yeni səhiyyə müəssisəsi haqqında məlumat verdi. Bildirildi ki, institutun binasının inşasına 2012-ci ilin yanvar ayında başlanmışdır. Dördmərtəbəli bina orijinal layihə əsasında tikilmişdir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. İnfrastruktur ən son elmi-texniki yeniliklərə cavab verir.

Diqqətə çatdırıldı ki, bu tibb ocağında qeydiyyat prosedurlarının rahatlığı üçün hər cür şərait yaradılmışdır. İnstitutda dünya standartlarına cavab verən avadanlıq quraşdırılmışdır. Buradakı avadanlıq idmançıların ilkin müayinəsi üçün olduqca vacibdir. Bir sıra avadanlıq biometrik müayinələr üçün nəzərdə tutulmuşdur. İnstitutda idmançıların səhhəti ilə bağlı əldə edilən məlumatların təhlili onların cari hazırlıq vəziyyətini qiymətləndirməyə imkan verir. Bu da məşq prosesinin düzgün aparılması üçün vacib əhəmiyyət kəsb edir. Ən müasir avadanlıq məşq və yarışlar zamanı müxtəlif mərhələlərdə idmançıların qidalanmalarının seçimi, tənzimlənməsi və adekvat fiziki yükün müəyyənləşdirilməsinə imkan verir. Yüksək səviyyəli avadanlıq vasitəsilə aparılan funksional yük sınaqları da ümumi işin daha məqsədyönlü şəkildə yerinə yetirilməsində mühüm rol oynayır. Bir sıra spesifik avadanlıq xüsusi iqlim şəraitində idmançıların hazırlıq səviyyəsini yoxlamağa, ekstremal təbii şəraitlərə uyğun qaydada məşğələlər aparmağa əlverişli imkan yaradır. İnstitutda qaçış ustaları, avarçəkmə, xizəksürmə və idmanın digər növləri üzrə idmançıların müayinələri də aparılacaqdır. Burada yaradılan şərait Azərbaycanda səhiyyə islahatlarının səviyyəsi, həmçinin respublikamızda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı barədə dolğun təəssürat yaradır.

Qeyd edildi ki, institutda idmançıların hərəkətlərinin video-kompyuter təhlili imkanına malik optik sistem quraşdırılmışdır. Kompleks diaqnostika gizli zədələri təyin etməyə, reabilitasiya tədbirlərinin səmərəliliyini qiymətləndirməyə, idmançılar üçün optimal geyim seçməyə və paralimpiyaçılarla bağlı aparılan tədbirlərin funksionallığını qiymətləndirməyə geniş imkanlar açır.

Məlumat verildi ki, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutundakı stasionar bölmədə dörd palata vardır. Həmin palatalar gündüzlər idmançıların fərdi reabilitasiya proqramlarının reallaşdırılması üçün nəzərdə tutulmuşdur. Stasionar bölmə, eyni zamanda, ağır xəstə idmançılar üçün müalicəvi və diaqnostik tədbirlərin icrasına yardım məqsədi də daşıyır. Burada paralimpiyaçılar üçün də xüsusi palata yaradılmışdır. Müasir laboratoriya idmançıların funksional vəziyyətinin təməl, cari və mərhələli monitorinqini həyata keçirmək üçün lazımi avadanlıqla təchiz edilmişdir. İnstitutda müxtəlif sahələr üzrə həkimlərin səmərəli çalışmaları üçün hər cür şərait yaradılmışdır. Burada ixtisaslı həkimlər idmançıların yüksək nəticələrə nail olmaları üçün onlara müvafiq tibbi yardım göstərəcəklər.

İnstitutda idmançılarla bağlı məşq prosesi və ya reabilitasiya tədbirlərinin optimallaşdırılması məqsədilə hər bir idmançı üzrə məlumatlar təhlil olunacaqdır. Həmin proses zamanı idmançı və məşqçilərlə sıx əməkdaşlıq aparılacaqdır. Bu baxımdan hər cür təchizatı olan toplantı otağı da səmərəli fəaliyyətə geniş imkanlar yaradır. Yüksək ixtisaslı ortopedistlər idmançıların bərpaedici müalicəsi ilə məşğul olacaqlar. Nadir avadanlıq müəyyən zədəsi olan idmançıların cəmi 2-3 gün ərzində müalicə olunaraq yarışlarda iştirak etmələrinə imkan verəcəkdir.

İnstitutdakı hovuzlar da idmançıların hərtərəfli müalicəsinin aparılmasına geniş imkanlar açır. Trenajor salonunda spesifik xüsusiyyətlərə malik tibbi trenajorlar quraşdırılmışdır. Həmin salon idmançıların reabilitasiyasına xidmət edəcəkdir. Müxtəlif bölmələrdə zədəli idmançılara da xidmət göstəriləcəkdir. Müasir texnologiyalar idmançıların sağlamlığını və onların fiziki hazırlığını lazımi səviyyədə saxlamağa hərtərəfli imkan yaradır.

Dövlətimizin başçısına institutun müasir laboratoriyası olan, həmçinin təcili yardım və tibbi heyətin gediş-gəlişi üçün nəzərdə tutulan avtomobilləri də nümayiş etdirildi. Qeyd olundu ki, avtomobildəki laboratoriya müasir avadanlıqla təchiz edilmişdir və bunların köməyi ilə idmançılara səyyar qaydada istənilən xidmət göstəriləcəkdir. Bu laboratoriya-maşında Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda həyata keçiriləcək əksər müayinə və operativ müalicənin aparılması mümkündür. Ən müasir avadanlıqla təchiz edilən iki təcili tibbi yardım avtomobili də istər yarışlar zamanı, istərsə də digər zəruri hallarda istifadə oluna bilər. 

Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanış oldu. Qeyd edildi ki, bu stadionda uzun müddət idi əsaslı təmir aparılmamışdı. Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə 2-ci  Avropa  təsnifat yarışlarında iştirak edəcək idmançıların məşqlərinin keçirilməsi üçün bu stadionda yenidənqurma və əsaslı təmir işlərinin aparılması qərara alınmışdır.

Bildirildi ki, qısa müddətdə stadionun təbii ot örtüyü yenilənmişdir. Burada sintetik örtüklü qaçış zolağı salınmışdır. Tribunanın üst örtüyü də yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra stadionda idmançıların səmərəli məşqləri və idman yarışlarının keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Stadionda aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdurAzərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı