MƏDƏNİYYƏT


Bakıda “Rəssamın əsəri həmkarının gözündə” adlı rəsm müsabiqəsinə start verilib

A+ A

Bakı, 2 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzi “Rəssamın əsəri həmkarının gözündə” adlı respublika rəsm müsabiqəsi elan edir.

AZƏRTAC sənət mərkəzinin “facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Hollandiyanın rəssamlıq ləvazimatları istehsalçısı olan “Royal & Talens”in dəstəyi ilə reallaşacaq.

Müsabiqəyə fırça ustalarının son bir il ərzində işlədiyi sənət əsərləri qəbul olunacaq. Müsabiqə peşəkar rəssamlar arasında özünə tənqidi formalaşdırmaq məqsədilə təşkil olunur.

İlk turda seçim münsiflər tərəfindən aparılacaq. İkinci turda qalibi sərgilənən əsərlərin müəllifləri seçəcək.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.