İDMAN


Bakıda “Rio-2016” Yay Olimpiya Oyunlarına həsr olunmuş basketbol turniri keçirilib

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Bakıda 3x3 basketbolu üzrə növbəti turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda otuz altı komanda mübarizə aparıb. Onlardan dördü peşəkar, iyirmi ikisi həvəskar, onu isə yeniyetmələrdən ibarət kollektiv olub.

Peşəkarlar arasında birinci yerə Amil Həmzəyev, Polad Həsənov və Emin Cəfərovun yer aldığı “Gəncə Fires” komandası sahib çıxıb. Həvəskar komandalar arasında keçirilən yarışda isə “F.6.P” klubu hamıdan güclü olub. Nəhayət, yeniyetmələrin turnirində “Splash brothers” komandası qalib adını qazanıb.

Turnirin gedişində keçirilən “Three Point Contest” müqabiqəsində Anar Həsənov böyüklər, Raul İsmayılov isə yeniyetmələr arasında ən yaxşı nəticəni göstərib. R.İsmayılov, həmçinin yeniyetmələr arasında turnirin ən dəyərli oyunçusu seçilib. Böyüklərin yarışında isə bu ada Rüstəm Əliyev layiq görülüb.

Qeyd edək ki, artıq sayca səkkizinci dəfə keçirilən turnir “3x3 Azərbaycan” layihəsinin bir illiyinə və Rio Yay Olimpiya Oyunlarına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.